kanal1

Xəzər dənizinin suyu niyə azalır? - Ekoloq

Tarix:31-05-2025, 09:02

Xəzər dənizinin suyu niyə azalır? - Ekoloq83 il ərzində Xəzər dənizində su səviyyəsi iki dəfə enib, bir dəfə isə artıb. Bir dəfə su səviyyəsi bir metr yarım enib. Bir dəfə isə iki metr yarım artıb. Hazırda da bir metr yarım su səviyyəsi enib. Burada narahatlıq yaradacaq məsələ yoxdur.

Bu sözləri açıqlamasında ekoloq Telman Zeynalov Xəzər dənizində su səviyyəsinin enməsi ilə bağlı danışarkən deyib.

Telman Zeynalov bildirib ki, tək problem Xəzər dənizinin necə yarandığını bilməməyimizdir:

“Xəzər dənizi bir neçə milyon il öncə yaranıb və Qara dənizlə arasında əlaqə olub. Torpaqların qalxma və enməsi nəticəsində 20-30 metr fərq yarandığı üçün iki dəniz arasında olan əlaqə də kəsilib.

Bir müddət əvvəl Aral gölünün suyunun quruduğunu dedilər. Aral gölünün suyu Xəzər dənizinə enib. Heç kim bu barədə araşdırma etmir. Kimin ağlına nə gəlirsə, onu da danışır. Ancaq insanlara reallığı çatdırmaq lazımdır.

Nəzərinizə çatdırım ki, ötən il Azərbaycanda yağıntılar az, buxarlanma isə çox idi. Bu da su səviyyəsinə təsir göstərirdi. Ancaq bu il yağıntılar çox, buxarlaşma azdır. Bu isə su səviyyəsinin qalxacağını göstərir.

Bir daha deyirəm, Xəzər dənizində heç bir təhlükə yoxdur. Su səviyyəsi enib və bir müddət sonra da qalxacaq”.

Xəzər dənizinin suyu niyə azalır? - Ekoloq
Xəzər dənizinin suyu niyə azalır? - Ekoloq
Biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik
Biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik
Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı: Həbs...
Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı: Həbs...
Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət
Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət
Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi
Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi
Salman Zamanov Hacıqabul rayonunun inkişafı və sakinlərin problemlərinin həlli üçün yorulmadan çalışan dövlət məmurudur
Salman Zamanov Hacıqabul  rayonunun inkişafı və sakinlərin problemlərinin həlli üçün yorulmadan çalışan dövlət məmurudur
Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...
Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...
Səyavuş Məmmədov- Hacıqabulun tərəqqisi üçün nümunəvi fəaliyyət göstərən bir rəhbər olaraq, sakinlərin qəlbində özünəməxsus yer tutur
Səyavuş Məmmədov- Hacıqabulun  tərəqqisi üçün nümunəvi fəaliyyət göstərən bir rəhbər olaraq, sakinlərin qəlbində özünəməxsus yer tutur