Zamanov Salman Mirağa oğlu Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. O, yalnız vəzifə borcunu icra edən məmur deyil, eyni zamanda cəmiyyətin rifahı üçün çalışan dəyərli insanlardan biridir.
Salman Zamanov Hacıqabul rayonunun inkişafı və sakinlərin problemlərinin həlli üçün yorulmadan çalışan dövlət qulluqçularından biridir. Onun rəhbərliyi və nəzarəti altında problemlərin aradan qaldırılması, infrastrukturların yenilənməsi və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm layihələr həyata keçirilmişdir. O, sakinlərin müraciətlərinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün konkret tədbirlər görür.
Salman müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Salman müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Salman Zamanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.