kanal1

Putinin sülh üçün tələbi yayıldı – İnanılmaz şərtlər

Tarix:28-05-2025, 16:15

Putinin sülh üçün tələbi yayıldı – İnanılmaz şərtlərRusiya Prezidenti Vladimir Putin sülh bağlamağa hazırdır, lakin heç də “nəyin bahasına olursa olsun” yox.

GununNebzi.com xəbər verir ki, bu sözləri Kremlin mövqeyi ilə ən yüksək səviyyədə tanış olan rus mənbəsi “Röyters”ə bildirib.

Danışıqlardan xəbəri olan üç mənbə bildirib ki, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir.

Bundan əlavə, Rusiyanın tələbləri arasında aşağıdakılar var:

- Ukrayna üçün neytral status;

- bəzi Qərb sanksiyalarının ləğvi;

- dondurulmuş aktivlər məsələsinin həlli;

- Ukraynanın rusdilli sakinlərinin müdafiəsi.

Putin həmçinin ərazi məsələsində də qəti mövqe sərgiləyir. İndi o, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsini istəyir. Halbuki bu vilayətlərin heç də bütün ərazisi Rusiya ordusunun işğalı altında deyil.

Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət
Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət
Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi
Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi
Salman Zamanov Hacıqabul rayonunun inkişafı və sakinlərin problemlərinin həlli üçün yorulmadan çalışan dövlət məmurudur
Salman Zamanov Hacıqabul  rayonunun inkişafı və sakinlərin problemlərinin həlli üçün yorulmadan çalışan dövlət məmurudur
Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...
Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...
Səyavuş Məmmədov- Hacıqabulun tərəqqisi üçün nümunəvi fəaliyyət göstərən bir rəhbər olaraq, sakinlərin qəlbində özünəməxsus yer tutur
Səyavuş Məmmədov- Hacıqabulun  tərəqqisi üçün nümunəvi fəaliyyət göstərən bir rəhbər olaraq, sakinlərin qəlbində özünəməxsus yer tutur
Putinin sülh üçün tələbi yayıldı – İnanılmaz şərtlər
Putinin sülh üçün tələbi yayıldı – İnanılmaz şərtlər
Əliyevlə Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda... - Foto
Əliyevlə Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda... - Foto
Tarixi gün: Laçın aeroportu açıldı!
Tarixi gün: Laçın aeroportu açıldı!