Regional Su Meliorasiya Xidməti PHŞ-in Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi su təsərrüfatı sektorunda peşəkar fəaliyyət göstərən Səyavuş Məmmədov Hacıqabul rayonunun su ehtiyatlarının düzgün və səmərəli istifadəsi üçün müasir texnologiyalardan istifadəni prioritet hesab edir. Onun rəhbərliyi altında irriqasiya kanalları yenilənmiş, suvarma şəbəkəsinin genişləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bu tədbirlər sayəsində su itkisi azaldılmış, torpaq sahələrinin məhsuldarlığı artırılmış və əkinçilik üçün əlverişli şərait yaradılmışdır.
Səyavuş Məmmədov şəhid ailələri və qazilərə xüsusi həssaslıqla yanaşır. Onun təşəbbüsü ilə idarə bu ailələrə müxtəlif formalarda dəstək göstərir. Şəhid ailələrinin yaşadığı evlərin su təchizatı ilə bağlı problemləri operativ həll olunur, qazilərin məişət problemlərinin aradan qaldırılmasında köməklik göstərilir. Səyavuş müəllim şəhidlərimizin ailələrinə qayğını və ehtiramı, vətənpərvərliyin ən yüksək ifadəsi hesab edir.
Səyavuş müəllim Hacıqabul rayonunun inkişafı üçün yorulmadan çalışan, həm rəhbərlik bacarığı, həm də insanpərvərliyi ilə seçilən bir liderdir. Onun fəaliyyəti, rayon sakinlərinin rifahını artırmaq və kənd təsərrüfatını inkişaf etdirmək istiqamətində böyük rol oynayır. Hacıqabulun tərəqqisi üçün nümunəvi fəaliyyət göstərən bir rəhbər olaraq, sakinlərin qəlbində özünəməxsus yer tutur.