kanal1

Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib

Tarix:Dünən, 21:10

Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilibTovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib.

Tədbir Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, həmçinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksinin idman meydançasında baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Vasif Abdullayev yarışın məqsəd və əhəmiyyətindən danışaraq vurğulayıb ki, ölkənin hər bir bölgəsində yeniyetmə və gənclərin idmanla məşğul olmaları üçün müvafiq şərait yaradılıb, göstərilən qayğı idmanın inkişafına mühüm töhfə verir.

Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Ulu Öndər Heydər Əliyevin idmana və idmançılara daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib. O, həmçinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq Azərbaycan gənclərinin vətənpərvər, mütəşəkkil və geniş dünyagörüşlü olduğunu bildirib. Gənc idmançıların beynəlxalq arenalarda qazandıqları uğurlar isə ölkəmizin idman şöhrətinin daha da yüksəlməsinə səbəb olur.
Sonda yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib
Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib

Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib
Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib
Pakistan Hindistan PUA-larını belə vurdu
Pakistan Hindistan PUA-larını belə vurdu
Dünən nazir təyin olunmuşdu, bu gün işdən çıxarıldı
Dünən nazir təyin olunmuşdu, bu gün işdən çıxarıldı
Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilib
Tovuzda
Bu ölkələr icazə vermədi, Vuçiç Azərbaycandan uçdu
Bu ölkələr icazə vermədi, Vuçiç Azərbaycandan uçdu
Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcək
Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcək
Dr.İlham İsmayılov-Peşəkarlığın zirvəsində
Dr.İlham İsmayılov-Peşəkarlığın zirvəsində
Putin Hindistana gedir
Putin Hindistana gedir