kanal1

Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilib

Tarix:7-05-2025, 18:07

Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilibTovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə uşaq və yeniyetmələr arasında Şahmat üzrə Tempo turniri təşkil olunub.

Turnir Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. Yarış məktəbin inzibati binasının önündə, açıq havada keçirilib.
Tədbirin açılış mərasimində YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Tofiq Əliyev və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov iştirakçıları salamlayaraq, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurulması və inkişafında müstəsna xidmətlərini vurğulayıb. O, bu gün əldə olunan uğurların məhz Ulu Öndərin siyasi kursunun nəticəsi olduğunu qeyd edib.

Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə isə çıxışında tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına xüsusi diqqət göstərdiyini bildirib. O, ölkədə şahmat məktəblərinin açılması, istedadlı gənclərin üzə çıxarılması və onların beynəlxalq arenada uğurla təmsil olunmasında Ulu Öndərin böyük rolunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Turnirin sonunda qalib və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilib
Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilib

Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib
Tovuzda yeniyetmələr arasında Kross qaçışı üzrə rayon birinciliyi keçirilib
Pakistan Hindistan PUA-larını belə vurdu
Pakistan Hindistan PUA-larını belə vurdu
Dünən nazir təyin olunmuşdu, bu gün işdən çıxarıldı
Dünən nazir təyin olunmuşdu, bu gün işdən çıxarıldı
Tovuzda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat üzrə Tempo turniri keçirilib
Tovuzda
Bu ölkələr icazə vermədi, Vuçiç Azərbaycandan uçdu
Bu ölkələr icazə vermədi, Vuçiç Azərbaycandan uçdu
Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcək
Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcək
Dr.İlham İsmayılov-Peşəkarlığın zirvəsində
Dr.İlham İsmayılov-Peşəkarlığın zirvəsində
Putin Hindistana gedir
Putin Hindistana gedir