Azərbaycanın tanınmış uroloq-androloqu, Lux İnternational Hospitalın yüksək səviyyəli mütəxəssisi Dr. İlham İsmayılov , uzun illərdir ki, tibb sahəsində göstərdiyi fədakar fəaliyyəti ilə həm pasiyentlərin, həm də həmkarlarının dərin hörmətini qazanıb. Onun pasiyentlərə göstərdiyi xüsusi diqqət, yüksək peşəkarlıq və səmimiyyətlə yanaşı, Azərbaycan tibb sahəsinə verdiyi töhfələr əvəzsizdir.
Dr. İsmayılov öz peşəsini sevən, sənətinin vurğunu olan, tibb aləmində daima axtarışda olub, mütaliələr edərək urologiya sahəsində uğurlar qazanan və sevilən peşəkar həkimlərimizdən biridir. Məhz buna görə də ona müraciət edən xəstələrin sayı günü-gündən artır və hamı onun işindən razılıq edir. İlham həkim onun qəbuluna gələn xəstələri çox səmimi və təmkinlə dinləyir, onlara həkim məsləhətlərini verir. Onu da qeyd edim ki, həkim əməliyyat etdiyi xəstələriylə mütamədə olaraq əlaqə saxlayır, onların səhhətiylə maraqlanır və lazımı tapşırıqlarını xəstələrə çatdırır.
Dr.İsmayılov qazilərin, şəhid ailələrinin yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlham həkimin diqqətindədir. Onların heç bir müraciətini geri çevirməyən İlham həkim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Biz də ona - adını Azərbaycan səhiyyəsinin tarixinə yazan, neçə-neçə həyata qaytardğı xəstələrinin qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana uzun ömür, cansağlığı arzulayırıq.