kanal1

Prezidentin sərəncamı ilə bağlı sərəncam imzalandı

Tarix:3-05-2025, 10:37

Prezidentin sərəncamı ilə bağlı sərəncam imzalandıNazirlər Kabineti ölkə Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

GununNebzi.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ XURŞUD MÜƏLLİMƏ!..
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ XURŞUD MÜƏLLİMƏ!..
İran-Azərbaycan münasibətlərində yeni səhifə
İran-Azərbaycan münasibətlərində yeni səhifə
İsrailin vurduğu gəmi ilə bağlı Türkiyədən açıqlama
İsrailin vurduğu gəmi ilə bağlı Türkiyədən açıqlama
Prezidentin sərəncamı ilə bağlı sərəncam imzalandı
Prezidentin sərəncamı ilə bağlı sərəncam imzalandı
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı
Azərbaycan-İran: iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb
Azərbaycan-İran: iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb
Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq
Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq
Onlar 2425 manat maaş alacaq - Fərman
Onlar 2425 manat maaş alacaq - Fərman