kanal1

Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı

Tarix:1-05-2025, 20:11

Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladıBakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsasən, 100-dən çox şəxs müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunub. Attestasiyanın nəticələrinə əsasən keçirilən təlim prosesi V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət, R.Behbudov adına 2 nömrəli onbirillik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəblərində 2 ay müddətində təşkil olunacaq.

Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov təlim iştirakçıları ilə görüşərək, dərs qrafiki ilə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bu təlimlərin əsas məqsədinin təhsilverənlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olduğunu vurğulayıb.

Təlim proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına əsaslanaraq tərtib olunub. Bu proqramlar fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə iştirakçıların təkmilləşməsi və inkişafına yönəldilib. Təlimlər pedaqoji təcrübəyə malik peşəkar müəllimlər və mütəxəssislər tərəfindən aparılır.

Qeyd edək ki, musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq üç əleyhinə, iki lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla, onlara yenidən şans yaradılacaq. Belə ki, bu şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ XURŞUD MÜƏLLİMƏ!..
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ XURŞUD MÜƏLLİMƏ!..
İran-Azərbaycan münasibətlərində yeni səhifə
İran-Azərbaycan münasibətlərində yeni səhifə
İsrailin vurduğu gəmi ilə bağlı Türkiyədən açıqlama
İsrailin vurduğu gəmi ilə bağlı Türkiyədən açıqlama
Prezidentin sərəncamı ilə bağlı sərəncam imzalandı
Prezidentin sərəncamı ilə bağlı sərəncam imzalandı
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başladı
Azərbaycan-İran: iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb
Azərbaycan-İran: iki ölkənin münasibətləri parlaq gələcəyə hesablanıb
Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq
Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq
Onlar 2425 manat maaş alacaq - Fərman
Onlar 2425 manat maaş alacaq - Fərman