Bu gün - 3 May - dəyərli ziyalımız, tanınmış pedaqoq, təcrübəli rəhbər, səmimi insan, nümunəvi valideyn, qayğıkeş ana, mehriban xanım vətənpərvər, yurdsevər və xeyirxah insan, bir sözlə, çox hörmətli şəxsiyyət - Mingəçevir şəhər 6 №-li tam orta məktəbin direktoru Xurşud Zamanovanın doğum günüdür!.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən,peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışan, böyük ürəyə sahib gözəl dost, yaxşı dinləyici, sirdaşsız. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Redaksiya heyətimiz adından təcrübəli pedaqoq, çox hörmətli Xurşud xanım Zamanovanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
NƏ YAXŞI Kİ, VARSINIZ!..
NƏ YAXŞI Kİ, SİZİ TANIMIŞIQ!..
NƏ YAXŞI Kİ, BİZİMLƏSİNİZ!..
SİZİNLƏ FƏXR EDİR VƏ
QÜRUR DUYURUQ!..