O, vətəninə,xalqına, torpağına bağlı bir insan,ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Bakı şəhər 4 saylı Notariat Ofisinin Xüsusi Notariusu Səbuhi Əliyevin sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi,qəhrəmanlığı, naqisliyi,nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz,qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Səbuhi müəllim.Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. Səbuhi müəllim bütün kollektivin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir,heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Səbuhi müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə,qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyini əsirgəmir. Bəli, hər bir kəsə öz doğma insanı kimi dəyər verən Səbuhi müəllim onların hər birinə ata qayğısı ilə yanaşır,səmimi rəftar edir. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib,zaman dəyişsə də Səbuhi müəllim dəyişməz qalır. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Səbuhi müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması,etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi,heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir. Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından Səbuhi müəllimə uca Tanrıdan cansağlığı, uzun ömür, ailə səadəti diləyir, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.