Eldar müəllim Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin şöbə rəisi olaraq, enerji sektorunda yüksək peşəkarlığı və məsuliyyətli idarəçiliyi ilə seçilən rəhbərlərdən biridir. Onun rəhbərliyi altında Yasamal rayonunun elektrik təchizatı sisteminin müasirləşdirilməsi və dayanıqlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür.
Elektrik şəbəkəsində baş verən istənilən nasazlıqlara operativ şəkildə müdaxilə olunması üçün təcrübəli mütəxəssislərdən ibarət texniki heyət formalaşdırılmışdır. Hər bir vətəndaşın müraciətinə həssas yanaşan Eldar müəllim problemlərin qısa müddətdə həll edilməsinə xüsusi diqqət yetirir. Elektrik xətlərinin modernləşdirilməsi, köhnəlmiş şəbəkələrin yenilənməsi və texniki xidmətlərin təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələr nəticəsində Yasamal rayonunda enerji təchizatının keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmışdır. Bütün bu proseslərdə vətəndaş məmnuniyyətinin ön planda saxlanılması, şəffaf və çevik idarəetmə modelinin tətbiqi, Eldar müəllimin təkcə nüfuzlu rəhbər deyil, həm də Yasamalın enerji təminatına dəyər qatan əsas simalardan birinə çevirib.
Eldar müəllim təkcə dövlət məmuru olaraq deyil, həm də yüksək insani keyfiyyətlərə sahib bir şəxsiyyət kimi tanınır. O, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə və digər həssas qruplara daim dəstək göstərən, xeyirxah əməlləri ilə cəmiyyətə faydalı olan rəhbərlərdən biridir. Eldar müəllimin bu sosial təşəbbüsləri onu həm də sosial məsuliyyətli rəhbər kimi xarakterizə edir.
Eldar müəllimin peşəkar idarəçiliyi və strateji yanaşması sayəsində Yasamal rayonunda enerji təchizatı sahəsində əldə olunan uğurlar gələcəkdə daha da inkişaf etdirilərək sakinlərə yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təmin edəcəkdir.