kanal1

Bu ərazilər Azərbaycana verilməlidir, gecikir – Sərkisyan

Tarix:23-04-2025, 08:48

Bu ərazilər Azərbaycana verilməlidir, gecikir – SərkisyanErmənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı rəsmən açıqlanıb.

GununNebzi.com xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat yayıb.

“Bu ərazi İncəsi (Noyemberyan) icmasının Koxb və Qaraça (Berdavan) kəndləri ilə həmsərhəddir. Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya aprelin 15-də başlanmalı idi. Hərbçilərin sözlərinə görə, delimitasiya ləngiyir, çünki bu, ərazilərin Azərbaycana verilməsi ilə nəticələnəcək, erməni mövqeləri arxaya çəkiləcək, ancaq yeni mövqelər hazırlanmayıb və təchiz edilməyib.

Sərhədçilər bildiriblər ki, delimitasiyanın yeni mərhələsi nəticəsində sərhəd xətti yaşayış məntəqələrimizə yaxınlaşacaq ki, bu da kəndlilərin torpaq əkib-becərməsini və mal-qara yetişdirməsini çətinləşdirəcək”, - Sərkisyan qeyd edib.

Qeyd edək ki, bundan öncə də ərazidə minatəmizləmə işlərinin aparıldığı və Azərbaycana məxsus anklav kəndlərin qaytarılacağı haqda məlumat yayılmışdı.

Tibb üzrə fəlsəfə doktoru Anar Yusibova ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Tibb üzrə fəlsəfə doktoru  Anar Yusibova   ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi, tanınmış stomatoloq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi,  tanınmış stomatoloq
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Türkiyədən Ermənistanla bağlı çağırış...
Türkiyədən Ermənistanla bağlı çağırış...
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Gələcəyə hesablanmış qərar
Gələcəyə hesablanmış qərar