kanal1

Quş yuvası bir ailədən 4 can aldı - Təfərrüat

Tarix:21-04-2025, 16:35

Quş yuvası bir ailədən 4 can aldı - TəfərrüatTərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

GununNebzi.com xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Rüfət Mais oğlu Tağızadə, onun həyat yoldaşı Əfsanə Fəqan qızı Tağıyeva, onların övladları Ümid Rüfət oğlu Tağızadə və Sürəyya Rüfət qızı Tağızadə yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

***

Tərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.

Bu barədə Teleqraf-a ailənin yaxınları məlumat veriblər.

Qeyd olunub ki, ailə qəsəbədə iki il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış. Verilən məlumatat görə, hadisədən əvvəlcə qonşular xəbər tutublar. Saat 10-11 radələri olsa da, evdən heç kimin çıxmadığını görən qonşular mənzilə daxil olub və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.

Bildirilib ki, meyitlər tibb ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyəmsarov kənd qəbirstanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəliblər, araşdırma aparılır.

Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov deyib ki, qonşular dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar:

“Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki ildir ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə edilməyib. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş tərəfindən onun borusunda yuva qurulub və yuva da samanla dolub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən edilib".

Kənd icra nümayəndəsi ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb:

“Ailənin başçısı təsərrüfatla məşğul olurudu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmət adamı idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq”.

Tibb üzrə fəlsəfə doktoru Anar Yusibova ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Tibb üzrə fəlsəfə doktoru  Anar Yusibova   ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi, tanınmış stomatoloq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi,  tanınmış stomatoloq
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Türkiyədən Ermənistanla bağlı çağırış...
Türkiyədən Ermənistanla bağlı çağırış...
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Gələcəyə hesablanmış qərar
Gələcəyə hesablanmış qərar