kanal1

Putinin qəfil atəşkəs qərarının arxasında nə dayanır? - CNN

Tarix:20-04-2025, 14:49

Putinin qəfil atəşkəs qərarının arxasında nə dayanır? - CNNPutinin "Pasxa atəşkəsi" qəfil, qısa və birtərəfli oldu. Bu, Rusiyanın sülh məsələsinə yanaşmasında nümayiş etdirdiyi “vəhşi sinizmi” aydın şəkildə göstərdi.
GununNebzi.com xəbər verir ki, bu barədə CNN-də yayımlanan süjetdə bildirilib.

Vurğulanıb ki, Kremlin bəyanatı Vaşinqtonun yaxın günlərdə Moskvanın sülhə ciddi yanaşıb-yanışmadığını təsdiqləmək istədiyini bildirdiyi vaxtda elan edilib:

“Lakin bu qəfil bəyanat hələ yayımlanmamışdan öncə belə o qədər praktiki çatışmazlıqlarla doludur ki, çox güman, Putin tərəfindən sadəcə olaraq Kiyevin müharibəni dayandırmaq istəmədiyi barədə yalan təsəvvürünü saxlamaq üçün istifadə olunacaq. Ukrayna qüvvələri üçün isə belə qəfil və dərhal qüvvəyə minən atəşkəs logistik kabusa çevriləcək”.

Nəşrin iddiasına görə, daha böyük çətinlik dezinformasiya ilə bağlı olacaq:

“Bu, qoşunlarda atəşkəsin pozulub-pozulmadığını anlamaq, pozuntuların qeydə alınması və onlara necə reaksiya verilməsi ilə bağlı çaşqınlıq yaradacaq. Eyni zamanda, qəfil elan olunmuş atəşkəsin bitdiyi anda nə ediləcəyi ilə bağlı da qeyri-müəyyənlik yarana bilər”.

Qeyd edək ki, Rusiya Pasxa bayramı ilə əlaqədar Ukraynada bütün hərbi əməliyyatları ötən gün saat 18:00-dan 21 aprel saat 00:00-a qədər dayandırdığını elan edib. Ukrayna Prezidenti Zelenski də atəşin dayandırılması ilə bağlı göstəriş verib.

Tibb üzrə fəlsəfə doktoru Anar Yusibova ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Tibb üzrə fəlsəfə doktoru  Anar Yusibova   ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi, tanınmış stomatoloq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi,  tanınmış stomatoloq
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Türkiyədən Ermənistanla bağlı çağırış...
Türkiyədən Ermənistanla bağlı çağırış...
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Gələcəyə hesablanmış qərar
Gələcəyə hesablanmış qərar