kanal1

Əliyev sadə yolla Qərbə hər şeyi başa saldı - Boçorişvili

Tarix:14-04-2025, 21:34

Əliyev sadə yolla Qərbə hər şeyi başa saldı - BoçorişviliAzərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyinə və Avropa Komissiyasına çox sadə yolla hər şeyi başa saldı. Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda qeyd etdi ki, Orta Dəhlizdən danışarkən, ilk növbədə, xəritəyə nəzər salmaq kifayətdir.

GununNebzi.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili “Daily Chronicle” verilişində deyib.

“Prezident İlham Əliyev Avropa Birliyi və Avropa Komissiyası rəhbərlərinin diqqətinə çatdırdı ki, dəhlizdən danışarkən, ilk növbədə bu dəhlizin hara getdiyini görmək üçün xəritəyə baxmaq lazımdır. Əgər xəritəyə baxıb oradakı ölkələri görürsənsə, təbii ki, həmin ölkələri qeyd etmədən və bu dəhlizdən danışdığın dövlətlərlə münasibətlərə baxmadan dəhlizdən danışmaq mümkün deyil. Təbii ki, Azərbaycan prezidentinin yanaşması çox düzgün yanaşmadır”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Gürcüstan da Azərbaycan kimi bu dəhlizdə mühüm rol oynayan iki mühüm ölkədən biridir. Bunun özü Avropa Birliyi üçün çox vacib, zəruri mövzudur. Bu gün Avropanın müxtəlif istiqamətlərdə ehtiyac duyduğu Asiya və Avropanın bağlantısına töhfə verməli olan layihələri düzgün həyata keçirmək üçün Brüsselin bu məsələyə ciddi yanaşması və manipulyasiya yanaşmalarından istifadə etməməsi də vacibdir.

“Gürcüstan öz rolunu oynamağa hazırdır. Burada hamı başa düşür ki, bu funksiyanı Gürcüstansız yerinə yetirmək və bu məqsədə nail olmaq mümkün deyil”, - deyə Maka Boçorişvili qeyd edib.

Tibb üzrə fəlsəfə doktoru Anar Yusibova ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Tibb üzrə fəlsəfə doktoru  Anar Yusibova   ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi, tanınmış stomatoloq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi,  tanınmış stomatoloq
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Türkiyədən Ermənistanla bağlı çağırış...
Türkiyədən Ermənistanla bağlı çağırış...
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Gələcəyə hesablanmış qərar
Gələcəyə hesablanmış qərar