VM Dental Klinikasında müasir dental texnologiyaların tətbiqi, klinikanın önəmli xüsusiyyətlərindəndir. Dr. Vüsal Manafov, diş müalicələrində və əkilməsində ən son texnologiyalardan istifadə edərək, pasiyentlərə daha qısa müalicə müddəti və daha uzunmüddətli nəticələr təmin edir. Dr. Manafov hər bir pasiyentin ehtiyaclarına uyğun fərdi yanaşmalar tətbiq edərək diş sağlamlığını maksimum dərəcədə yaxşılaşdırmağa çalışır. Klinikada göstərilən xidmətin keyfiyyəti ilə yanaşı, gigiyenik standartlar və xəstə baxımı da ən yüksək səviyyədədir.
Dr.Vüsal Manafov təkcə tibb sahəsindəki uğurları ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə tanınır. O, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir, onların sağlamlığı ilə bağlı hər zaman ödənişsiz xidmətlər təqdim edir. Vətən uğrunda canından keçənlərin ailələrinə və qazilərimizə dəstək olmaq onun üçün sadəcə bir vətəndaş borcu deyil, həm də mənəvi məsuliyyətdir. Bu yanaşması ilə o, yalnız bir həkim deyil, həm də vətənpərvər bir insan olduğunu göstərir.
Bu gün həm savadlı bir stomatoloq, həm də vətənpərvər bir insan olan Vüsal həkim, xalqına xidmət etməyə davam edərək, öz yüksək insani dəyərləri ilə səhiyyəmizin fəxri olaraq tanınır.