kanal1

Bakıda ev almaq istəyənlərin nəzərinə...

Tarix:12-03-2023, 20:11

Bakıda ev almaq istəyənlərin nəzərinə...Yanvar-fevral aylarında daşınmaz əmlak bazarında təklifin sayı azalıb. Demək olar ki, stabillik hökm sürüb. Qiymətlərdə 2-3 faiz bahalaşma müşahidə olunur.

GununNebzi.com xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspertin sözlərinə görə, ilin birinci rübündə daşınmaz əmlak bazarında bahalaşma müşahidə ediləcək:

"Bu bahalaşma 5 faizə qədər olacaq. Ötən ilin avqustundan etibarən mənzillərin qiymətində bahalaşma müşahidə olundu. Bu bahalaşma ilin sonuna qədər 20-25 faiz təşkil etdi. Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin sıçrayışlı artımından sonra bir qədər stabillik hökm sürür. Sonra yenidən artım müşahidə olunur. Hələ ki, qiymətlər stabildir. Təkliflərin azalması göstərir ki, qiymətlər artıma doğru gedəcək. Dünya ölkələrində də daşınmaz əmlak bazarında qiymətlərdə artımlar qeydə alınır.

Təkrar mənzil bazarında 1 otaqlı mənzillər hazırda 70 min manatdan yuxarı təklif olunur. 2 otaqlı mənzillər 90 mindən yuxarı, 3 otaqlılar isə 105 mindən yuxarı satılır. Metrostansiyaların yaxınlığında olan mənzillər daha bahadır. Məsələn, 1 otaqlı mənzil Köhnə Günəşli qəsəbəsində 65-68 min manatdırsa, "Xalqlar dostluğu" metrostansiyası yaxınlığında eyni mənzilin qiyməti təxminən 80 min manatdır. Metrostansiya yaxınlığında olan 2 otaqlılar 100 min manata, 3 otaqlı mənzil isə 120 mindən yuxarı təklif olunur.

Torpaq bazarında da qiymətlər bir qədər artmaqdadır. Paytaxtın mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil".

"Türkiyədəki zəlzələnin Azərbaycanın mənzil bazarına təsiri oldumu?" sualına ekspert belə cavab verib:

"Türkiyədəki zəlzələnin yeni tikililərə bir qədər təsiri oldu. Vətəndaşlar yeni tikililərdə mənzil alışına bir qədər ehtiyatla yanaşmağa başladılar. İlkin bazarda qiymətlər demək olar ki, stabildir".

Tibb üzrə fəlsəfə doktoru Anar Yusibova ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Tibb üzrə fəlsəfə doktoru  Anar Yusibova   ömrünün müdriklik çağının zirvəsində qalmağı arzulayırıq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi, tanınmış stomatoloq
Dr. Kamaləddin Babayev İmplant Pro - Estetik Diş Klinikasının baş həkimi,  tanınmış stomatoloq
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Eldar müəllim üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı
Türkiyədən Ermənistanla bağlı çağırış...
Türkiyədən Ermənistanla bağlı çağırış...
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
Gələcəyə hesablanmış qərar
Gələcəyə hesablanmış qərar