kanal1

Azərbaycanın daha bir güləşçisi qızıl qazandı

Tarix:11-06-2025, 22:31

Azərbaycanın daha bir güləşçisi qızıl qazandıAzərbaycanın daha bir güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

GununNebzi.com xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb.

Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.

Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medala sahib çıxıb.

Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Qeyd edək ki, dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.

Milli 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.

Azərbaycanın daha bir güləşçisi qızıl qazandı
Azərbaycanın daha bir güləşçisi qızıl qazandı
Ərdoğan elan etdi: Türkiyə bu ölkəyə 48 ədəd KAAN satır
Ərdoğan elan etdi: Türkiyə bu ölkəyə 48 ədəd KAAN satır
Milli qurtuluş ideologiyasının təntənəsi
Milli qurtuluş ideologiyasının təntənəsi
Xankəndidəki qalmaqal: sahibkar cavab yazdı – Nə baş verir?
Xankəndidəki qalmaqal: sahibkar cavab yazdı – Nə baş verir?
Dövlətçilik tariximizin şanlı qürur səhifəsi
Dövlətçilik tariximizin şanlı qürur səhifəsi
Azərbaycan bunu Ukraynada edib, biz də bənzərini... - Vuçiç
Azərbaycan bunu Ukraynada edib, biz də bənzərini... - Vuçiç
Qarabağ" rəsmən açıqladı: Benzia ilə müqavilə...
Qarabağ
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir