kanal1

Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu

Tarix:Dünən, 16:51

Saleh Səmədov vəzifəsindən və Şuradan qovulduBu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib.

GununNebzi.com xəbər verir ki, iclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.

İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər
Yeni hərbi prokurorumuz bu vəzifəli şəxsin kürəkəni imiş
Yeni hərbi prokurorumuz bu vəzifəli şəxsin kürəkəni imiş
ANAMA-nın rəhbər şəxsi nalayiq hərəkətə görə işdən çıxarıldı
ANAMA-nın rəhbər şəxsi nalayiq hərəkətə görə işdən çıxarıldı
Yeni mərhələnin başlanğıcı
Yeni mərhələnin başlanğıcı
Şoyqunun hərbi xidmət müqaviləsi uzadıldı
Şoyqunun hərbi xidmət müqaviləsi uzadıldı