kanal1

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Tarix:12-05-2025, 17:39

Abituriyentlər belə aldadılır - DİM açıqlamaSon vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kəsrlərin düzəldilməsi, hər hansı imtahan ballarının artırılması, və s. qeyri-real çağırışlar etməklə dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur.

Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

“Abituriyentlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Həmin şəxslər hətta başqa saxta hesablar vasitəsilə öz postlarının altında güya onlara kömək göstərildiyini yazırlar.

İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz. İstifadəçilər konkret aldadılma faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”, - Xanlarzadə bildirib.

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Paşinyanla görüşdü
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər