Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Moskvanın Qırmızı meydanında Qələbə paradında iştirak edən parad bölmələrinin komandirləri ilə görüşüb.
GununNebzi.com xəbər verir ki, komandirlər arasında Azərbaycanın 80 nəfərlik parad heyətinə rəhbərlik edən polkovnik-leytenant Samiq Rizvan oğlu Məmmədov da olub.
Putin komandirlərin hər biri ilə əl sıxaraq onları bayram münasibətilə təbrik edib.