kanal1

Azərbaycanın inkişafı Heydər Əliyev zəkasının təntənəsidir

Tarix:9-05-2025, 22:39

Azərbaycanın inkişafı Heydər Əliyev zəkasının təntənəsidirMüdrik siyasəti sayəsidə Ulu öndərimiz Heydər Əliyev xalqımızın yaddaşında unudulmaz rəhbər, dövlət xadimi olmaqla bərabər dünya siyasət sisteminda, dünya siyasət tarixində müdrik siyasət məktəbi qoyub getmiş bir lider olaraq xatırlanır və dəyərləndirilir. Bu gün dövlət quruculuğunun elə bir sahəsi yada düşmür ki, orada inkişafın zəifliyi müşahidə olunsun. Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün hamımızın qürur yeridir. Biz fəxr edirik ki, bütöv Azərbaycanın vətəndaşlarıyıq. Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur” deyən Ulu öndərin ruhu şaddır, çünki onun vəsiyyəti yerinə yetirilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş və xalqımız 30 ildir həsrətində olduğu əzəli torpaqlarına qovuşmuşdur. Artıq regionda yeni reallıqlar yaratmış Azərbaycan indi də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir və daha da güclənir. Şübhəsiz ki, bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun ideyaları hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcək. Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır.

Dr.İradə Qiyasova
"İRR academy " Mərkəzinin rəhbəri

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Paşinyanla görüşdü
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər