kanal1

Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirildi

Tarix:19-01-2025, 18:09

Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirildiBu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib.
GununNebzi.com DİM-ə istinadən xəbər verir ki, İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunub. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 794 nəfər qeydiyyatdan keçib.

İmtahanda ümumilikdə 723 nəfər iştirak edib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra kompüterdə həm nəticələri, həm də hər bir tapşırığın izahlı həlli ilə tanış ola biliblər. Yanvarın 21-də – gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə iştirakçıların nəticələri DİM-in saytına da yerləşdiriləcək.

Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 2 həftə ərzində təqdim olunacaq.

Xatırladaq ki, imtahan başa çatandan sonra iştirakçılar üçün məlumat sessiyası təşkil olunub. Burada müraciət edən şəxslərə magistraturaya qəbul imtahanları, qəbul qaydaları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat verilib və DİM-in məsul işçiləri tərəfindən bakalavrların verdikləri suallar cavablandırılıb. Həmçinin fənlər üzrə ekspertlər iştirakçıları maraqlandıran bəzi test tapşırıqlarının izahını təqdim ediblər və lazımi məsləhətlər veriblər.

Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirildi
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirildi
Pensiyalar neçə faizlə indeksləşdirilib artırılacaq?
Pensiyalar neçə faizlə indeksləşdirilib artırılacaq?
Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı sərəncam
Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı sərəncam
SEPAH sərhədimizdə hərbi təlim keçirəcək
SEPAH sərhədimizdə hərbi təlim keçirəcək
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?
İsrail Təhlükəsizlik Kabineti razılaşmaya görə toplanır
İsrail Təhlükəsizlik Kabineti razılaşmaya görə toplanır
Tramp elan etdi: Qəzza ilə bağlı razılaşma var - Təcili
Tramp elan etdi: Qəzza ilə bağlı razılaşma var - Təcili
Öncədən planlaşdırılmış cinayət
Öncədən planlaşdırılmış cinayət