kanal1

Prezident AB rəsmisini qəbul etdi

Tarix:1-03-2024, 16:00

Prezident AB rəsmisini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa Birliyinin energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edib.

GununNEBZI.com xəbər verir ki, Kadri Simson İlham Əliyevə prezident seçkilərində qələbə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu yubiley iclası münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini və dayanıqlılığını vurğulayıb.

Söhbət zamanı gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar müzakirə olunub. Həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizin qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirilib.

Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi