kanal1

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Tarix:21-05-2024, 18:56

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) çərçivəsində Spektr Ekspertləri İşçi Qrupunun (SEWG) 17-ci görüşü keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən bildirilib ki, İKTA əməkdaşlarının da iştirak etdiyi tədbirdə telekommunikasiya sahəsi ilə bağlı təqdimatlar nümayiş olunub və müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Beynəlxalq Mobil Telekommunikasiya (IMT) üçün əlavə radiotezlik zolaqlarından istifadə, mobil operatorlar tərəfindən spektrin səmərəli istifadəsinin qiymətləndirilməsi və radiotezliklərin bölüşdürülməsi məsələləri tədbirin əsas müzakirə istiqamətlərini təşkil edib. Eyni zamanda, Ümumdünya Radiorabitə Konfransının (ÜRK-23) nəticələri və ÜRK-27-nin əsas mövzuları, IMT şəbəkələrində xidmət keyfiyyəti (QoS) və bu sahədə ölçmələrin aparılması, o cümlədən coğrafi informasiya sistemləri (GIS) və Genişzolaqlı Xəritələmə qabaqcıl Avropa ölkələrini təmsil edən ekspertlərin diqqətində olub.

Tədbirdə elektromaqnit sahəsinin təsiri (EMS) ilə bağlı Qeyri-İonlaşdırıcı Şüalanmadan Qorunma üzrə Beynəlxalq Komissiyanın (ICNIRP) tövsiyə etdiyi standartların tətbiqi barədə danışılıb.

Həmçinin görüş çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının radio reqlamentində müəyyən olunmuş texniki parametrlərə və şərtlərə uyğun olaraq 5G şəbəkələrinin işinin tənzimlənməsi, 5G üçün əsas tezlik zolaqlarının harmonizasiyası, habelə qonşu ölkələrlə radiotezliklərin beynəlxalq koordinasiyası məqsədilə hazırlanmış regional spektr sazişi (RSA) sənədi üçün təqdim olunmuş təkliflərin müzakirəsi aparılıb.

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi