kanal1

Dr.Kamil Müslümovun insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır

Tarix:25-02-2024, 21:49

Dr.Kamil Müslümovun insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırırHəkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa bəxş edən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Həkimlər insan üçün ən dəyərli sayılan sağlamlığın keşiyində dayanan şəxslərdir. Bu insanlar daim cəmiyyətdə hörmətlə qarşılanıblar.

Məlhəm Hospitalı tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Hospitalda ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssislər uğurlu çalışmaları ilə özlərini doğrultmağı bacarmışlar. Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssislərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir.

Məlhəm Hospitalında fəaliyyət göstərən nefroloq Kamil Müslümov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
İlk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur. Həkim Kamil Müslümov bir neçə beynəlxalq tədbir və simpoziumlarda iştirak edərək, elmi təcrübələrini tədbir iştirakçıları ilə bölüşmüş, eyni zamanda, öz bilik və bacarıqlarını elmin yeni və innovativ, texnoloji nailiyyətləri ilə zənginləşdirmişdir.
Mən çox sevinirəm ki, respublikamızda Kamil Müslümov kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən Dr. Müslümova gələcək işlərində uğurlar arzulayıram.

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Paşinyanla görüşdü
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər