kanal1

Əsgər valideyni olaraq, Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsinin komandanlığına təşəkkürümü bildirirəm

Tarix:18-02-2024, 17:07

Əsgər valideyni olaraq,  Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsinin komandanlığına təşəkkürümü bildirirəmFevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçirildi. Görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırıldığı üçün Müstəqil media orqanının rəhbəri kim Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsi haqqında məqalə hazırlamaq qərarına gəldim.

Mətbuat bu gün Azərbaycan ordusunun güclənməsini, qüdrətlənməsini tərənnüm etməli, real olanları yazmalıdır. Müstəqil media orqanının rəhbəri kimi xidməti işimlə əlaqədar ezamiyyət götürdüyüm Naxçıvan şəhərində olarkən, həmdə bir əsgər anası olaraq sözü gedən hərbi hissənin haqqında apardığım müşahidələrdən, yerli sakinlərdən yalnız və yalnız yüksək fikirlər eşitdim. Bu gün Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində xidmət edən hər bir gənc böyük şərəf hissi ilə hərbin sirlərinə yiyələnir. Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələn əsgərlərimiz dünyanın ən qüdrətli ordularından birində xidmətləri ilə qürur duyurlar. Hərbi hissədə əsgərlər yüksək əhval-ruhiyyə ilə xidmət edir, bacarıqlı əsgərlər kimi formalaşmaq üçün var qüvvələri ilə çalışırlar. Şəxsi heyətin sosial şəraitinin yüksək səviyyədə təmin edilməsi bilavasitə intizama, yüksək döyüş hazırlığına müsbət təsir göstərən əsas amillərdəndir. Hərbi hissədə döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır, hərbi vətənpərvərlik işi gücləndirilir.

N saylı Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və əsgərlərin istirahəti üçün hər cür şərait yaradılıb. Əsgərlərin döyüş hazırlığının yüksəldilməsi, peşəkar hərbçilərin hazırlanması, hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlimin düzgün qurulması istiqamətində aparılan işlər dahada gücləndirilir.

Şübhə etməyə dəyməz ki, bunca qayğı və diqqətin, yüksək səviyyəli təlimin qarşılığında Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları içdikləri hərbi anda sadiq qalaraq öz üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirəcək, torpaqlarımızı etibarlı qoruyacaq, düşmən üzərində qazandığımız Böyük Qələbənin nəticələrinin qorunub saxlanılmasına sanballı töhfələr verəcəklər.

Mən analar adından bütün əsgərlərə göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev başda olmaqla, Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissə komandir heyətinə və rəhbər vəzifəli zabitlərinə əsgərlərimizə yaratdıqları şəraitə, göstərdikləri alqışa layiq münasibətə görə dərin təşəkkürümü bildirirəm.

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ulu öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Albaniya baş naziri Meloninin qarşısında diz çökdü
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
Əliyevlə Makronun səmimi görüşü diqqət çəkdi
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Paşinyanla görüşdü
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Saleh Səmədov vəzifəsindən və Şuradan qovuldu
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər