kanal1

Fərzulla Həsənov-İmişli sakinlərinin ümid yeri

Tarix:17-10-2023, 00:03

Fərzulla Həsənov-İmişli sakinlərinin ümid yeriUzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan Imişli Mərkəzi rayon Xəstəxansı Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah Fərzulla Həsənov haqqındadır şərhimiz. Redaksiyamıza daxi olan məktubların birində Fərzulla həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
-Fərzulla həkim ilk növbədə zəngin mənəviyyatlı bir insandır. Həkim üçün bu xüsusiyyət bəlkə də aldığı elmlərdən də ümdə bir məsələdir. Bəli, həkimin müsbət nəticələr əldə edərək, ləyaqətlə tanınmasında onun yüksək mənəvi dəyərlərə mənsub olmasının rolu əvəzsizdir. -Mən də öz anamı Fərzulla həkimin qəbuluna apardım. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl nəticə məndən deyərək fəaliyyətə başladı. Hansı əməliyyatın həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ailəmizin ürəyincə oldu. Fərzulla həkimin peşəkar cərrah olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir. Onun əlində olan şəfa, insanlara qarşı hörmət və qayğısı həkimin ilk növbədə əsil bir insan olmasının bariz nümunəsidir. Yaşından və tutduğu məqamlardan asılı olmayaraq, Fərzulla həkimin qəbulunda olan şəxs kabinədən çıxarkən: -Sağ ol həkim, var olsun şəfalı əllərin deyərək, minnətdar olduğunu bildirir.
Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir. O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir.
Biz də KİV rəhbəri olaraq Fərzulla Həsənova peşə fəaliyyətində uğurlar arzulayırıq.

Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi