kanal1

Azərbaycan müəllimi şərəfli peşəsinə və şərəfli həyat yoluna görə ən böyük təbrikə, ən böyük mükafata layiqdir

Tarix:24-09-2023, 21:08

Azərbaycan müəllimi şərəfli  peşəsinə  və  şərəfli  həyat  yoluna  görə  ən böyük  təbrikə,  ən  böyük  mükafata  layiqdirMüəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər. Hikmət bulaqlarından su içən, təhsil yollarında mətanətlə addımlayan, bilik adlı dənizin dərin qatlarına enən və oradan dürr-gövhər çıxaran zəka sahiblərindən biri də Ismayılı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirovdur.

Müəllimliyin əziyyətini fərəhə çevirən kamil insan. İstedad kimi mərhəmət və səxavət, nəciblik və insanpərvərlik də fitridir, anadangəlmədir, vergidir. Bunların hamısının bir şəxsdə cəmlənməsi az olar, olanda isə həmin şəxs haqqında belə deyərlər: ”Ona Allah vergisi verilib”. Respublikanın müdrik ziyalısı, nəcibliyi və xeyirxahlığı, mərhəməti və səxavəti ilə Gündüz Qədirov da belə şəxsiyyətlərdəndir.

Milli zəminə, bəşəri dəyərlərə əsaslanan və dünya təhsil sisteminə inteqrasiya edən, inkişaf etməkdə olan ölkəmizin təhsil modelində gedən dəyişikliklərin həyata keçirilməsi yollarına dərindən bələd olmaq və bunun tətbiqi üçün lazımi bilik və bacarıqlarını daha da təkmilləşdirmək Gündüz müəllimin əsas amalıdır.
“Mən həyatın gözəlliyini öz sənətimə olan sevgidə görürəm” – deyən Gündüz müəllim bir an da olsun özünü məktəbdən, şagirdlərdən ayrı hiss etmir.

Qəlbi bir dəryadır, arzusu ümman
Onda var məğrurluq, onda var inam
Bir şagird məktəbə gəlməyən zaman
Dikilər yollara gözü Gündüz müəllimin.

Gündüz Qədirov kollektivin sevimlisidir. Onun peşəkar fəaliyyəti hər zaman diqqət mərkəzindədir. Gündüz müəllim çalışdığı təhsil ocağının yüksəlişə doğru inkişafı, şagirdlərin milli-mənəvi dəyərlərimizə sadiq, savadlı gənclər kimi yetişməsi yolunda əlindən gələni əsirgəmir. Peşəsindən hər zaman böyük zövq alan Gündüz Qədirovu müəllim və şagird kollektivi çox sevir, onun dəyərli məsləhətlərini, tövsiyyələrini ürəklə dinləyir və yerinə yetirməyə çalışırlar.

Ömrünü sevimli şagirdlərinin təlim-tərbiyəsinə, onların vətənpərvər ruhda böyüməsinə sərf edən , ictimai-siyasi işlərdə fəallıq göstərən, saf əqidəsi və mövqeyi ilə örnək olan, dövlətçiliyimizə, daim sədaqətlə xidmət göstərən Böyük Türk Dünyasının bəxş etdiyi Dəyərli Ziyalımız, Vətənpərvər, yurdsevər sözün əsl mənasında Xeyirxahlıq simvolu olan Böyük İnsan – Gündüz Qədirovu 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, gələcək işlərində və peşə fəaliyyətində daha böyük uğurlar arzu edirik.

Yaşasın Azərbaycanımız ! Yaşasın Azərbaycan Müəllimi !

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi