kanal1

Bakıda memarlıq abidəsi üzərində 3-cü mərtəbə tikilir

Tarix:2-07-2022, 09:47

Bakıda memarlıq abidəsi üzərində 3-cü mərtəbə tikilirBakı şəhərində memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir.

Kult.az xəbər verir ki, bu barədə tanınmış memar, professor Elçin Əliyev paylaşım edib.

O bildirib ki, əsrlər boyu Bakı sakinləri şəhərin bənzərsiz memarlığını, gözəl küçələrini və bu gün bizim hamımızın fəxr etdiyi binaları yaradıblar:

“Dünyanın hər yerindən müxtəlif millətlərdən olan on minlərlə insan, Avropanın hər yerindən yüzlərlə memar Azərbaycan memarları ilə birlikdə, təəssüf ki, bu gün bizim qoruya bilmədiyimiz şəhərin bənzərsiz gözəlliyini bizə miras qoyublar.

Bakını sevən vətəndaşların iradəsi iddialı bisavadların yolverilməz hərəkətləri nəticəsində əzilir və iflic olur, onlar üçün əsas mənfəətdir və onun naminə müqəddəs olan hər şeyin üstündən keçməyə hazırdırlar. Bu cinayətlər tarixi irsin qorunmasına nəzarət etmək üçün yüksək vəzifələrə təyin edilən korrupsioner məmurların köməyi ilə həyata keçirilir, onlar öz vəzifələrindən əsasən çoxsaylı ömürlük müavinətlər qazanmaq üçün istifadə edirlər.

Bu gün İslam Səfərli küçəsi, 12 ünvanında gəzərkən gördüm ki, 1880-ci ildə tikilmiş və Azərbaycan dövləti tərəfindən qorunan memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir”.

“Avropa klassisizm memarlığının sərtliyi ilə seçilən ikimərtəbəli yaşayış binası primitiv üçüncü mərtəbənin tamamlanması ilə eybəcərləşəcək. Əlaqə saxladığım inşaatçıların sözlərinə görə, bütün lazımi icazələr alınıb. Axı bu necə ola bilər?! Cənab mədəniyyət naziri, nə baş verdiyini izah edin! Əgər cəmiyyət və ölkə başçısı memarlıq abidəsinin təhlükəsizliyinə nəzarət etməyi sizə həvalə edibsə, hansı əsasla tarixi binanın üstünün tikilməsinə icazə vermisiniz?!” - deyə o qeyd edib.

Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi