Cəmiyyət - gununnebzi.com https://gununnebzi.com/ tr Cəmiyyət - gununnebzi.com DataLife Engine Başçıya bu gün ərə gedən tanınmış aparıcı - Dosye https://gununnebzi.com/2024/02/28/baya-bu-gn-r-gedn-tannm-aparc-dosye.html https://gununnebzi.com/2024/02/28/baya-bu-gn-r-gedn-tannm-aparc-dosye.html Başçıya bu gün ərə gedən tanınmış aparıcı - DosyeBaşçıya bu gün ərə gedən tanınmış aparıcı - Dosye]]> gununnebzi Wed, 28 Feb 2024 15:18:37 +0400 Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oktayqızı xalqın sağlamlığı keşiyində https://gununnebzi.com/2023/06/08/orvita-psixoloji-reabilitasiya-mrkzinin-tsisisi-v-direktoru-ramid-oktayqz-xalqn-salaml-keiyind.html https://gununnebzi.com/2023/06/08/orvita-psixoloji-reabilitasiya-mrkzinin-tsisisi-v-direktoru-ramid-oktayqz-xalqn-salaml-keiyind.html Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oktayqızı xalqın sağlamlığı keşiyində Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oktayqızı xalqın sağlamlığı keşiyində

]]>
gununnebzi Thu, 08 Jun 2023 09:22:31 +0400
Musa həkim -Neftçala Mərkəzi rayon Xəstəxanasının peşəkar stomatoloqu https://gununnebzi.com/2023/04/02/neftala-mrkzi-rayon-xstxanasnn-pekar-hkim-stomatoloqu.html https://gununnebzi.com/2023/04/02/neftala-mrkzi-rayon-xstxanasnn-pekar-hkim-stomatoloqu.html Musa həkim -Neftçala Mərkəzi rayon Xəstəxanasının peşəkar stomatoloquMusa həkim- Neftçala Mərkəzi rayon Xəstəxanasının peşəkar stomatoloqu]]> gununnebzi Sun, 02 Apr 2023 14:30:21 +0400 İslamda valideynlik haqqı https://gununnebzi.com/2023/03/12/slamda-valideynlik-haqq.html https://gununnebzi.com/2023/03/12/slamda-valideynlik-haqq.html İslamda valideynlik haqqıİslamda valideynlik haqqı]]> gununnebzi Sun, 12 Mar 2023 20:32:44 +0400 Bakıda ev almaq istəyənlərin nəzərinə... https://gununnebzi.com/2023/03/12/bakda-ev-almaq-istynlrin-nzrin.html https://gununnebzi.com/2023/03/12/bakda-ev-almaq-istynlrin-nzrin.html Bakıda ev almaq istəyənlərin nəzərinə...Bakıda ev almaq istəyənlərin nəzərinə...
]]>
gununnebzi Sun, 12 Mar 2023 20:11:25 +0400
Rəşad Dağlının həbs müddəti artırılır – İş məhkəmədə https://gununnebzi.com/2023/03/03/rad-dalnn-hbs-mddti-artrlr-mhkmd.html https://gununnebzi.com/2023/03/03/rad-dalnn-hbs-mddti-artrlr-mhkmd.html Rəşad Dağlının həbs müddəti artırılır – İş məhkəmədəRəşad Dağlının həbs müddəti artırılır – İş məhkəmədə]]> gununnebzi Fri, 03 Mar 2023 18:35:15 +0400 Azərbaycan sülhə sadiqliyini daim nümayiş etdirib. https://gununnebzi.com/2022/10/10/azrbaycan-slh-sadiqliyini-daim-nmayi-etdirib.html https://gununnebzi.com/2022/10/10/azrbaycan-slh-sadiqliyini-daim-nmayi-etdirib.html  Azərbaycan sülhə sadiqliyini daim nümayiş etdirib.
Daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmiz bu gün də yeni reallıqlar fonunda bölgədə sülh, təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Eyni zamanda Azərbaycan regionda çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı olaraq bu məsələdə prinsipial geosiyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müəllifi olduğu yeni regional geosiyasi mənzərə təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin güc mərkəzləri üçün də mühüm dividentlər vəd edir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, işğalçı Ermənistanın sərsəm iddialar irəli sürməklə hər vəchlə sülh prosesindən yayınmağa çalışsada, sülhə gəlməkdən başqa çarəsi yoxdur. Bu gün Azərbaycan reallıqlarını dünya görür və qəbul edir. Ölkəmizin yaratdığı yeni reallıqlarla Ermənistan və digər ölkələr də hesablaşmalıdır.
BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdam şəhərində keçirilən Milli Şəhərsalma Forumu zamanı söylənilən fikirlər də Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Forumun iştirakçıları Ağdamda erməni vandalizminin əyani şahidi oldular.
Eyni zamanda bu Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həlli yollarının müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Prezident İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu nitq söyləyərək, Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu, bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdamın indi xarabalıqları xatırlatdığını bildirməsi və xarici ölkə vəzifəliləri və mətbuat nümayəndələrinin Erməni vandalları tərəfindən viran edilmiş Ağdamı əyani şəkildə görməsi, Azərbaycan ədalətli tərəf olduğunu bir daha bəyan edir. İşğal illərində erməni vandalları 10 min kvadrat kilometrdən çox ərazini viran edib, evləri söküb talayaraq yaralı materiallarını Ermənistana daşıyıblar. Meşələrimiz qırılıb, təbii sərvətlərimiz, kənd təsərrüfatına yararlı torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün kədərli mirasını görür və şahidi olduğu mənzərədən heyrətə gəlir.
Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib. Bu xüsusda fikirlərini bölüşən dövlətimizin başçısı “Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb”, - deyə vurğulayıb. İşğalçı Ermənistan 30 il ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüququn normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi.
Xüsusilə qeyd edilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da, riyakarcasına davranaraq Ermənistanı heç vaxt qınamayıblar. 28 illik “fəaliyyəti” dövründə Minsk qrupu tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. Bütün bunların müqabilində indi müəyyən dairələrdə Minsk qrupunun fəaliyyətinin yenidən bərpasına cəhdlərin edilməsi qəbuledilməzdir.
Bütün bu kimi mənfi təsir və təzyiqlərə baxmayaraq ölkəmiz ərazi bütövlüyünü 44 günlük müharibədə öz gücünə təmin etdi. Artıq münaqişə həllini tapıb. Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur. Bununla belə, həm Ermənistandakı qüvvələr, həm də bu ölkənin xaricdəki havadarları Qarabağda yaşayan erməni əhalisinə ayrıca bir status verilməsi tələbini irəli sürürlər. Amma bütün bunlar əbəsdir. Azərbaycan unitar dövlət modelinə malikdir və bu modeli də dəyişmək niyyətində deyil. Eyni zamanda, Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün fərqli etnik mənşəyə və etiqada malik insanlara bərabər hüquqları təmin edir. Qarabağda yaşayan müəyyən sayda ermənilərə də hər hansı imtiyazlar və yaxud üstünlüklər verilə bilməz. Dövlətimiz özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Bu barədə birmənalı olaraq mövqeyini ifadə edən Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan edib.
Bu gün Azərbaycan ənənələrinə sadiq qalaraq qarşı tərəfə beş bənddən ibarət beynəlxalq hüququn normalarına əsaslanan sülh paketi təqdim edib. Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var və Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir və başqa çıxış yolu da yoxdur.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

]]>
gununnebzi Mon, 10 Oct 2022 10:44:55 +0400
YAP Göygöl rayon təşkilatı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib https://gununnebzi.com/2022/10/09/yap-gygl-rayon-tkilat-zr-yeni-razi-partiya-tkilat-tsis-edilib.html https://gununnebzi.com/2022/10/09/yap-gygl-rayon-tkilat-zr-yeni-razi-partiya-tkilat-tsis-edilib.html YAP Göygöl rayon təşkilatı üzrə yeni  ərazi partiya təşkilatı təsis edilib
YAP Göygöl rayon təşkilatı üzrə yeni  ərazi partiya təşkilatı təsis edilib
YAP Göygöl rayon təşkilatı üzrə yeni  ərazi partiya təşkilatı təsis edilib
YAP Göygöl rayon təşkilatı üzrə yeni  ərazi partiya təşkilatı təsis edilib
08 Oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının Göygöl şəhəri, Aydın Hacıyev-92 ünvanında fəaliyyət göstərən “ÜMİD” MMC -Tibb Mərkəzi üzrə Ərazi partiya təşkilatı təsis edilib.
Bu münasibətlə keçirilmiş təsis iclasında ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncaqdakı nitqində Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişafı dövründən və bu günki qüdrətindən danışaraq, dövlətçiliyimizin inkişafında və xalqımızın firavan həyatının təmin olunmasındakı əhəmiyyətli rolundan bəhs etmişdir.
Vüqar İsayev vurğulayıb ki, yarandığı dövrdən keçən qısa müddət ərzində YAP monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirmiş, ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrilmişdir. Məhz 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin əldə olunmasında da Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev başda olmaqla, bütün YAP üzvlərinin çox böyük rolu və əməyi olmuşdur. Qəhrəman hərbiçilərimizlə birlikdə, YAP üzvləri də döyüşlərdə iştirak edərək canları və qanları bahasına torpaqlarımızı mənfur düşməndən azad etmiş, əksər üzvlər isə arxa cəbhədə maddi və mənəvi dəstək göstərmişlər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni reallıqlara uyğun olaraq qarşıda dayanan vəzifələrin icrası istiqamətində Göygöl rayon təşkilatının xüsusi fəallıq nümayiş etdirdiyini bildirib. Yığıncaqda, Azərbaycan Respublikasının dayanıqlı inkişafı, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da böyük uğurlara imza atacağı digər natiqlərin çıxış və nitqlərində aktuallığı ilə səslənib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb; Rəsulov Sahib Kamil oğlu yeni təsis olunmuş “ÜMİD” MMC -Tibb Mərkəzi Ərazi partiya təşkilatının sədri, Əkbərova Səfa Polad qızı sədr müavini seçilib. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev hər iki şəxsi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.
Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.
Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.

]]>
gununnebzi Sun, 09 Oct 2022 11:28:51 +0400
Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev siyasətinin, İlham Əliyev qətiyyətinin və müdrikliyinin təntənəsidir. https://gununnebzi.com/2022/09/02/azrbaycann-qazand-uurlar-heydr-liyev-siyastinin-lham-liyev-qtiyytinin-v-mdrikliyinin-tntnsidir.html https://gununnebzi.com/2022/09/02/azrbaycann-qazand-uurlar-heydr-liyev-siyastinin-lham-liyev-qtiyytinin-v-mdrikliyinin-tntnsidir.html Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev siyasətinin, İlham Əliyev qətiyyətinin və müdrikliyinin təntənəsidir.
Bəşəri kamilləşmənin ən yüksək zirvəsinə ucalmış Ümummill Liderimiz Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşmüşdür.
Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir və Heydər Əliyev adı şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz milli sərvətimizdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi ilə ucalmışdır.
Belə ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox ağır ictimai-siyasi vəziyyət hökm sürür, sosial-iqtisadi böhran hər gün daha da dərinləşirdi. Həmin illərdə blokada şəraitində yaşayan Naxçıvan taleyin ümidinə buraxılmışdı. Məhz buna görə də 1990-cı ilin iyulunda Ulu Öndərin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtması əhali tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılandı. Bu tarixi hadisə Azərbaycanın nicatının, Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı, istinad nöqtəsi oldu.
Keçmiş SSRİ miqyasında və Azərbaycan Respublikasında çoxcəhətli rəhbərlik fəaliyyəti ilə böyük dövlət xadimi kimi qəbul olunmuş, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə oldu və bu gün Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.
Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi nə qədər mürəkkəb bir dövrə təsadüf etsə də, həmin illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edilmişdir. O vaxt Naxçıvanın adı dəyişdirilmiş, Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmışdır. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilərək, Azərbaycan dövlətinin bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, bütün bu addımlar sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirmişdir.
Yeri gəlmişkən, həmin dövrdə Azərbaycanın bu günü və gələcəyi üçün atılan addımlar sırasında 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərar qəbul olundu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin, həmrəyliyinin yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, məhz dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə yaradılan möhkəm təməl sonrakı illərdə dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsində, diaspor quruculuğunun geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Bu gün dünyaya səs salan tarixi Zəfərimizdə də bu birliyin və həmrəyliyin rolu inkaredilməzdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal ətrafında sıx birlik tələbi ilə çağırış etdi vı bununla da diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bu istiqamətdə atılan addımların uğurlu nəticəsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.
Eyni zamanda həmin vaxt xalqını, vətənini sevən ziyalıların Heydər Əliyev işığına toplaşması ilə 1992-ci il noyabrın 21-də müasir müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmləndirdi, cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Məhz həmin vaxtdan Müstəqil Azərbaycan Respublikasının əsası Yeni Azərbaycan Partiyasının möhkəm özülləri üzərində qoyuldu. Ümummilli Liderin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” ifadəsi sözün əsil mənasında reallığa çevrildi. Milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası bu il 30 illik yubileyini qeyd edəcək və bu tarixi yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, həmin illərdə ölkədə hakimiyyətdə olanların idarəçilikdən xəbərsiz olmaları, bacarıqsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi. Torpaqlarımızın işğal olunması, yaranmış gərgin ictimai-siyasi vəziyyət 1993-cü ilin iyununda son həddə çatdı. Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu uğurla davam etdirildi. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. 2003-cü ildən sonrakı dövr Böyük Yolun davamıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qalib ölkə kimi yazdı. Qürür və iftixar hissi ilə qeyd edə bilərik ki, bu günkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan dünya miqyasında öz sözünü deyir və yeni reallıqlar yaradır. Bu gün Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir və bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurla yeni-yeni nailiyyətlərlə, daha xoşbəxt gələcəyə aparır. Bu gün Azərbaycan çox mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, güclü idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır. Ölkəmiz dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır.
Bütün bu nailiyyətlərin təməlində Ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurlu davamçısı Prezident İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və müdrikliyi dayanır.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

]]>
gununnebzi Fri, 02 Sep 2022 16:22:56 +0400
Xalqın sonsuz inamını və etimadının qazanan lider https://gununnebzi.com/2022/09/01/xalqn-sonsuz-inamn-v-etimadnn-qazanan-lider.html https://gununnebzi.com/2022/09/01/xalqn-sonsuz-inamn-v-etimadnn-qazanan-lider.html  Xalqın sonsuz inamını və etimadının qazanan lider
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini və tarixi fəaliyyətini anlamaq üçün ümummuilli liderin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər yetirmək məqsədəuyğundur.
1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə mövcud durum daha da kəskinləşdi. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir. Naxçıvanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da O, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.
3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyanın iclasları 5 gün davam etdi. Məhz həmin sessiyada "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Ali Sovetindən xahiş olundu ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən çox mühüm tarixi qərarlar idi.
“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görmüşdür.
Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail olundu. Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində Sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu Öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Onun Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması məsələlərinin həllində əhəmiyyətli rol oynadı.
Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirildi.
Xalqın Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ulu öndərimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın ağrılı problemlərini həll etmək missiyasını məsuliyyətini öz üzərinə götürdü.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
]]>
gununnebzi Thu, 01 Sep 2022 12:35:39 +0400