Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr vermiş, saysız-hesabsız pasiyentin sağlamlığına qovuşmasında rolu olmuş, elmi və praktiki fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək nüfuz qazanmış bir həkim-Tibb Elmləri Namizədi Ümumi Cərrah - Famil Sevdimalıyev haqqında danışırıq.
Dr. Famil Sevdimalıyev sadəcə bir həkim deyil, həm də Azərbaycan tibb sahəsinin inkişafı və insanların sağlamlıqla bağlı problemlərinin həllində böyük töhfələr verən bir şəxsiyyətdir. Onun insanlara göstərdiyi qayğı, öz sahəsindəki bilik və bacarıqları ilə yanaşı, mənəvi keyfiyyətlərini də əks etdirir.
Dr. Sevdimalyev özünün bu yüksək humanist yanaşması ilə yalnız bir cərrah-onkoloq olaraq deyil, həm də bir insan olaraq böyük hörmət qazanıb. O, tibbi sahədəki mükəmməl peşəkarlığı ilə yanaşı, şəhid ailələri və qazilərin dəstəyinə önəm verərək, vətənə xidmət etmiş bu şəxslərə dərin hörmət və sevgi ilə yanaşır.
Famil həkim şəhid ailələrinə, qazilərə və sosial həssas qruplara qarşı da hər zaman diqqət və qayğı ilə yanaşır. Onun humanist mövqeyi, vətəndaşlıq məsuliyyəti və cəmiyyətə faydalı olma istəyi onu təkcə nüfuzlu həkim deyil, həm də dəyərli ziyalı kimi tanıdır.
Real Hospitalda göstərdiyi fədakar xidmətlərinə, peşəkar əməliyyatlarına və yüksək insani keyfiyyətlərinə görə Dr. Sevdimalıyev tibb ictimaiyyətinin və vətəndaşlarımızın qürurla tanıdığı həkimlərdən biridir.
O, Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoymuş və gələcək nəsillərə örnək olacaq bir həyat yolu keçməkdədir. Ona gələcək fəaliyyətində uğurlar, sağlam pasiyentlər, elmi nailiyyətlər və daim yüksələn peşəkar yol arzulayırıq.