kanal1

Bakı Ankara və Təl-Əvivi masaya gətirdi – Mühüm nəticə

Tarix:11-04-2025, 09:48

Bakı Ankara və Təl-Əvivi masaya gətirdi – Mühüm nəticəAnkara və Təl-Əviv Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə edib: bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Prezident Əliyevin açıqladığı ikinci cəhdində də müsbət nəticə əldə etməsi deməkdir.

Əsədin devrilməsi İranın Suriyadakı təsirinin sıradan çıxarılması baxımından İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin əsas oyunçuya çevrilməsini qəbul etmir. Qarşıdurmanın təməlində dayanan amil də budur. Hərçənd, Türkiyə İranla müqayisədə İsrail üçün çətin rəqibdir: Ankara Suriyanın bütün sferalarında – siyasi, iqtisadi, hərbi-kəşfiyyat, logistika və s. güclü təsirlərə malikdir və yeni hakimiyyətin formalaşmasında yaxından iştirak edir, üstəlik, ABŞ Türkiyənin Suriyada mövcudluğunu qəbul edir.

İsrail Türkiyə ilə ABŞ-ın dəstəkləmədiyi qarşıdurmada nəticə əldə etməyin çətinliyini anlayır. Və ən mühüm məqam daha öncə də yazdığımız kimi, İran faktorudur: Tehrana fokuslandıqları vaxt Ankara ilə toqquşma nə Təl-Əvivə, nə də Vaşinqtona sərfəlidir.

Tərəflər arasında vasitəçilik edən Bakının əldə etdiyi nəticə sıradan deyil:

1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı çətin seçim məcburiyyətindən xilas edir;

2. ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir: bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda da maraqlarımıza uyğundur;

3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilə bilər.

Bundan sonra əsas məsələ Bakı razılaşmasının davamlılığını təmin etməkdir.

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi