kanal1

Ərdoğan İlham Əliyevə zəng etdi

Tarix:30-03-2025, 10:13

Ərdoğan İlham Əliyevə zəng etdiMartın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

GununNebzi.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza təbriklərini çatdırıb, ölkəmizə firavanlıq və ruzi-bərəkət arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi