kanal1

Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı

Tarix:18-12-2024, 16:34

Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabıAzərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualını cavablandırıb.

GununNebzi.com xəbər verir ki, dövlət başçısı buna ehtiyac olmadığını deyib.

“Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, - deyə Azərbaycan lideri vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir:

“Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi