Ermənistan Parlamentinin Beynəlxalq Əlaqələr üzrə Daimi Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.
GununNebzi.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Müzakirələrdə sənədin lehinə 5, əleyhinə isə 3 deputatın səs verdiyi bildirilib.
Sənəd parlamentin plenar iclasına çıxarılacaq.