kanal1

HACIQABUL ŞƏHƏR UŞAQ MUSİQİ MƏKTƏBİNİN UĞURLARI

Tarix:24-09-2024, 22:07

HACIQABUL  ŞƏHƏR UŞAQ MUSİQİ MƏKTƏBİNİN UĞURLARIMusiqi hər bir xalqın milli mədəniyyətinin özəyi, bəşər övladının mənəvi aləmini zənginləşdirən ən böyük xəzinədir.Təsadüfi deyil ki, məktəblilərdə hələ kiçik yaşlarından musiqi təhsilinin aşılanması onların kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Təcrübə göstərir ki, hər hansı bir kollektivin uğurlarında ona rəhbərlik edən şəxsin həlledici rolu olur. Yəni böyüklüyündən kiçikliyindən asılı olmayaraq kollektivin hər bir üzvü rəhbərinə baxıb düzlənir, öz fəaliyyətini onun şəxsi nümunəsinə və keyfiyyətlərinə uyğun qurur. İşgüzar, təşəbbüskar, eyni zamanda, qayğıkeş və ədalətli şəxslərin rəhbərlik etdikləri kollektivlərin üzvləri, bir qayda olaraq, həvəslə çalışır, uğurlar qazanırlar. Bunu Hacıqabul şəhərindəki Uşaq Musiqi Məktəbinin timsalında görmək olar.
Musiqi məktəbində şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Burada məktəbin direktoru Mehdiqulu Fərəcovun rəhbərliyi ilə müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Məktəbdə tez-tez tematik məruzələr, klassik bəstəkarların yubileyi ilə bağlı müsamirələr, bayram şənlikləri keçirilir. Məktəb bu gün də öz nikbin həyatını yaşayır. Yeni-yeni müsabiqələr, festivallar, konsertlər üçün proqramlar hazırlanır. Məktəbin neçə-neçə məzunu orta və ali təhsillərni tamamladıqdan sonra yenidən doğma məktəbə – ancaq artıq bir müəllim kimi qayıdıblar. Onların yeni fəaliyyəti ilə məktəbin tarixinin daha neçə fərəhli səhifələri yazılıb.

Bu illər ərzindəki fəaliyyətinə görə məktəbin kollektivi əlbəttə qürur, iftixar hissləri yaşamağa haqlıdır.Hacıqabul şəhər UMM-in kollektivi bundan sonra da rayonun istedadlı şagirdlərinin aşkar edilməsi və onların milli-vətənpərvərlik ruhunda tərbiyə olunması işini günün tələbləri səviyyəsində qurmağa, bədii təhsil sahəsində aparılan islahatların səmərəliliyinin artırılması sahəsində yeni-yeni nailiyyətlər qazanmağa çalışacaqdır.

Inanırıq ki, qarşıdan gələn illərdə də məktəb öz ənənəsinə sadiq olacaq, yeni-yeni uğurlar, müvəffəqiyyətlər qazanacaq, regionumuzun tədris ocaqları sırasında seviləcək və seçiləcək!

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi