kanal1

Xərçəng daha tez aşkarlana bilər

Tarix:17-06-2024, 07:59

Xərçəng daha tez aşkarlana bilərQanda şiş DNT-sinin varlığına dair yeni test xərçəngi ənənəvi diaqnostik üsullardan daha tez aşkarlaya bilər.

GununNEBZI.com Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatlar "Nature Medicine" jurnalında dərc olunub.

Maye biopsiyası texnologiyası qanda spesifik mutasiyalarla seçilən şiş DNT-sinin aşkarlanmasına əsaslanır. Bu metodun həyata keçirilməsinə əsas maneə qanda DNT tərkibinin aşağı olmasıdır. Yeni araşdırmada tədqiqatçılar sirkulyasiya edən şiş DNT (ctDNA) aşkar etmək üçün maşın öyrənmə modelindən istifadə ediblər. Bu, onlara məhdudiyyətləri aradan qaldırmağa imkan verib.

Texnologiya ağciyər, dəri, döş və bağırsaq xərçəngi şişləri olan xəstələrdə sınaqdan keçirilib. Analiz nəticəsində 15 xəstədən 9-da bağırsaq xərçənginin residivi aşkar edilib. Onlardan beşində faktiki residiv baş verib. Həmçinin test nəticəsində şiş DNT-si aşkar olunmayan xəstələrdə xərçəng residivi baş verməyib.

Alimlər həm də yeni texnologiyanın bir neçə il ərzində bədxassəli şişlərə çevriləcək xərçəng öncəsi bağırsaq poliplərinin DNT-sini aşkarlaya bildiyini də nümayiş etdiriblər.

ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?
İsrail Təhlükəsizlik Kabineti razılaşmaya görə toplanır
İsrail Təhlükəsizlik Kabineti razılaşmaya görə toplanır
Tramp elan etdi: Qəzza ilə bağlı razılaşma var - Təcili
Tramp elan etdi: Qəzza ilə bağlı razılaşma var - Təcili
Öncədən planlaşdırılmış cinayət
Öncədən planlaşdırılmış cinayət
Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi
Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi
Əsgərimiz özünü öldürüb - Rəsmi
Əsgərimiz özünü öldürüb - Rəsmi
Daha bir təyyarə qəzası - 10 nəfər həlak oldu
Daha bir təyyarə qəzası - 10 nəfər həlak oldu
İsrail məktəbi vurdu - ölənlər var
İsrail məktəbi vurdu - ölənlər var