Pasiyentlərin səhhətinin keşiyində dayanan Dr. İsmayıl Adayev məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Pasiyentlərin sağlamlığına xidmət edən İsmayıl həkimi biz də tanımağımıza çox şad olduq. Dr. Adayev öz peşəsini sevən, sənətinin vurğunu olan, tibb aləmində daima axtarışda olub, mütaliələr edərək veneroloji sahədə uğurlar qazanan və sevilən peşəkar həkimlərimizdən biridir. Məhz buna görə də ona müraciət edən xəstələrin sayı günü-gündən artır və hamı onun işindən razılıq edir. İsmayıl həkim onun qəbuluna gələn xəstələri çox səmimi və təmkinlə dinləyir, onlara həkim məsləhətlərini verir.
P.S. Sonda məndə "GununNebzi.com" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Dr. İsmayıl Adayevə və onun çalışdığı HTC Cliniva Hospitalının kollektivinə işlərində yeni-yeni müvəffəqiyyətlər, dəyərli həkimimizə şəxsi həyatında, şərəfli peşəsində, eləcə də, elmi yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzulayırıq! İnsanlara göstərdiyiniz qayğı, təbəssüm və xoş simanız sizi milyonlara sevdirdi Dr. Adayev. Arzu edirik ki, əyninizdəki o ağ xalatınız heç zaman qara ləkə götürməsin! Bütün xəstələrinizə də sevgi və sağlıq dolu həyat diləyirik!