kanal1

Şəhla İbrahimova- Mən bir cərrah-oftalmoloq olaraq hər zaman pasiyentlərin xidmətindəyəm

Tarix:18-03-2024, 23:07

Şəhla İbrahimova- Mən bir cərrah-oftalmoloq  olaraq hər zaman  pasiyentlərin xidmətindəyəmYaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır. Həm yaxşı, həm də vicdanlı və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də Spero Hospitalın cərrah-oftalmoloqu Şəhla İbrahimova çox vicdanlı və peşəsini sevən bir həkimdir. Şəhla həkim əsl böyük ürəyə sahib olan bir həkimdir ona görə ki, o, fəaliyyət göstərdiyi müddətdən etibarən hazırki vaxta kimi bütün xəstələrə tam səmimi rəftar edir və qayğı göstərir.Məlumdur ki, həkim olmaq hər kəsin bacara biləcəyi bir iş deyil. Ona görə ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Çünki hər kəs bu sahənin ağırlığını, çətinliyini bir sözlə bütün məsuliyyətini öz üzərinə götürməyi bacarmır. Xüsusilə də cərrah olmaq bu heç də asan iş deyil. Lakin Şəhla həkim özü tibb elmlərinin içərisində ən ağır olanını cərrah olmağı seçib və o, öz həkimlik peşəsini şərəf və ləyaqətlə yerinə yetirir.


Onu da xüsusi qeyd edək ki, Şəhla həkim hər zaman Vətən müharibəsi iştirakçılarına, qazilərə xüsusi diqqət və qayğı göstərmiş və öz səlahiyyətləri daxilində onların müalicə olunub sağalmaları üçün tam təmənnasız xidmət etmişdir. Şəhla İbrahimovaya Respublikamızın Səhiyyə sistemində peşəkar və nümunəvi xidmətlərinə görə GununNebzi.com saytı adından Təşəkkür edirik!

Məşhur həkim, cərrah-alim N.Piraqov demişdir: "Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır".

Elə Şəhla həkim də özünü tibb elminə həsr etmiş və xəstələrinin də onun əllərindən şəfa tapması ilə xoşbəxt olmaqlarından xoşbəxt olan həkimlərdəndir.

Sonda Şəhla doktorun fikirlərini oxucuların diqqətinə çatdırıram. Mən bir cərrah olaraq hər zaman şəhid ailələrinin, qazilərin yanındayam. Onların sağlamlığı üçün nə mümkündürsə etməyə hazıram. Tarixi Zəfərimiz mənim üçün ikiqat bayramdır. Ona görə ki, mənim öz doğma yurdum Füzuli rayonu azadlığına qovuşub. Füzuli işğal olunan zaman mənim 13 yaşım var idi. Bu gün şüküranlığımı bildirirəm ki, öz yurdumu azad görmək mənə nəsib oldu.

Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi