kanal1

Ərdoğanın forumda mesajı: İrəvanın cəhdi alınmadı

Tarix:1-03-2024, 22:21

Ərdoğanın forumda mesajı: İrəvanın cəhdi alınmadıTürkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu-2024-ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək” deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir.

GununNebzi.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırma siyasətinin nəticə vermədiyini bir daha təsdiqləyir:

“Əslində Ankaranın bu siyasəti Ermənistanın Baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalıdır. O, erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusuyla problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir.

Antalya Forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı var idi ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Forumda çıxış edərkən, Azərbaycanla Ermənistanın münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır”.

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi