kanal1

Avropa Liqası: Lunyov və Romao liderdir

Tarix:23-02-2024, 11:09

Avropa Liqası: Lunyov və Romao liderdirUEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

GununNebzi.com UEFA-ya istinadən xəbər verir ki, "Qarabağ"ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır.

Rusiyalı qolkiper 37 "seyv" edib. Kiprin "Aris" klubundan Vana Alves (30) ikinci, Polşanın "Rakuv" kollektivindən Vladan Kovaçeviç (27) üçüncü yeri tutub.

"Köhlən atlar"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. O, 27 dəfə buna müvəffəq olub. Serbiyanın “Baçka Topola” klubundan Milan Radin (22) ikinci, "Aris"dən Culius Szoke (20) üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi