kanal1

Müsahibim Azərbaycanın tanınmış həkim-stomatoloqu Dr. Azər Ələkbərovdur

Tarix:26-12-2023, 14:47

Müsahibim Azərbaycanın tanınmış həkim-stomatoloqu Dr. Azər ƏləkbərovdurBu gün sizə hər kəsi maraqlandıran breket haqqında məlumat verəcəyik. Hazırda breketlərin müxtəlif növləri var. Bəs onlar bir-birindən nə ilə fərqlənir? Breketlər qoyulandan sonra dişlərə qulluq necə olmalıdır? GununNebzi.com-un bu mövzu ilə bağlı suallarına həkim-stomatoloq Dr. Azər Ələkbərov cavab verəcək.


Azər həkim breketlərin hansı növləri var?

Diş breketləri müasir texnologiya ilə bir çox növə bölünür. Hər çeşidin də fərqli xüsusiyyətləri var. Təbii ki, bu mənada mütəxəssis həkimin tövsiyələri çox əhəmiyyətli olsa da, burada ən əhəmiyyətli detal xəstə-həkim əlaqəsinin olmasıdır. Breketlərin dörd cür növü mövcuddur. Bu növlər ağızda və ya çənədə struktur pozğunluqlarına əsaslanır. Breketlər dişin quruluşuna görə hazırlansa da ən vacib nüans xəstənin özünü rahat hiss etməsi və özgüvənli olmasıdır. Bunları nəzərə alaraq müasir tibbdə müxtəlif növ breketlərin istehsalını müşahidə edirik.


Bu növlər aşağıdakılardır:
Metal breketlər
Keramika şəffaf breketlər
Linqual breketlər
Telsiz ortodontiya

Breketlər əsasən əyri dişlərin düzəlməsi üçün istifadə olunan müalicə növüdür. Breketlər həmçinin diş telləri və tellərə bərkidilən məftillərdən ibarətdir. Bu məftillər breketlərə güc tətbiq etdikcə dişlərin doğru düzümü ideal vəziyyətə çatır. Dişlərin çıxmadığı, dişlərin ayrıldığı və ya qırıldığı hallarda da breket tətbiqinə üstünlük verilir. Müalicə zamanı dişlər hərəkətlilik qazanmağa başladığı üçün ağrılar hiss edilə bilər. Bunun üçün həkim məsləhəti ilə ağrıkəsicilər bədənə qəbul olunur. Onu da qeyd edək ki, müalicə zamanı bərk qidalar yeyilməməlidir. Bir şeyi dişləyərək yemək həm çətindir, həm də tövsiyə edilmir. Breket müalicəsi zamanı ağız içində yaralar da meydana gələ bilər. Buna səbəb naqillərin ağızla təmasda olması və batmasıdır.

Breketlərin çox estetik göründüyünü söyləmək olmaz. Məsələn, linqual ortodontik tipli breketlər dişlərin içərisinə yerləşdirilir. Bu breketlər daha çox yetkin pasiyent qrupları üçün tövsiyə olunur. Ağızda görünməmə kimi üstünlüyü olduğu üçün adətən pasiyentlər ona üstünlük verirlər. Müalicə prosesində breketlər önə deyil, arxaya, dilə yaxın yerə qoyulur. Şəffaf lövhələr naqilsiz ortodontiya kimi də tanınır. Dişlərə taxılaraq çıxarıla bilən bu tip breketlər 2 həftəlik istifadə modelləri olaraq mütəxəssis həkim tərəfindən sizə verilir. Son illərdə ən çox seçilən bu model dişlərə yapışdırıla bilən və tamamilə görünməyən breket kimi tanınır. Ancaq bu breketlərə öyrəşmə prosesi bir az çətin gedir.
Keramika breketlər də daha az görünən və daha estetik görünəndir. Lakin onu müahafizə etmək daha çətindir.

Qeyd edək ki, ən çox istifadə edilən və üstünlük verilən növ metal breketlərdir. Pasiyetlərin ən çox seçdiyi metal breketlər digərlərinə nisbətən istifadəsi asan və daha dözümlüdür. Bu breketlər pasiyentin dişlərinin daxili və xarici hissəsinə yerləşdirilir. İlk zamanlar bu breketlərə alışmaq çətin olur, hətta xəstənin günlük həyat tərzinə belə təsir edir. Ancaq zamanla breketlər dişlərə oturur. Bir dəfə dişin üzərinə oturduqda 2-3 il ilişib qalır, təəssüf ki, bu metal breketlərin estetik baxımdan xoş göründüyünü söyləmək olmaz. Daha sonra isə müalicə müddəti və dişlərin yerinə gəlməzi prosesi gözlənilir.


Azər həkim, breketlər qoyulandan sonra dişlərə qulluq necə olmalıdır?

Bu zaman dişlərə adi vaxtdakından daha diqqətli qulluq olunur: “Adi vaxtlarda dişlərimizi hər gün ən azı iki dəfə məcunla sürtüb yumalıyıq. Breket qoyulandan sonra isə bu say daha çox olmalıdır. Qulluq həm pasiyent tərəfindən edilməli, həm də həkim nəzarətində olmalıdır. Breketli dişlərin yuyulması üçün xüsusi diş fırçalarından istifadə edilməlidir ki, gələcəkdə söküləndə kariyes kimi problem ortaya çıxmasın. Bundan başqa, spirtli içkilər, kola, sərt yeməklər qadağandır. Hər yeməkdən sonra da breket öz fırçası ilə tam təmizlənməlidir. Bir məqamı da pasiyent diqqətdə saxlamalıdır. Breketlərin üzərinə məftil tellər qoyulur. Buna duqalar deyilir. O tellər ayda bir dəfə həkim tərəfindən düzgün olaraq dəyişdirilməlidir ki, dişlərdə laxlama, gələcəkdə problem olmasın. Breketlər çıxarılandan sonra isə dişlərə bir neçə ay xüsusi kappalar qoyulur ki, geri qayıtma olmasın. Bu da çox vacibdir”.

Azər həkim, müsahibə üçün çox sağ olun
Buyurun, həmişə dişlərinizin qayğısına qalın.

Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
Xalqlarımız arasında dərin hörmət və münasibətlər var
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi