kanal1

Haqqında söz açdığımız hörmətli şəxsiyyət Ortho Way klinikasının direktoru, həkim stomatoloq Dr.Dilarə Abduləzimovadır

Tarix:26-10-2023, 17:24

Haqqında söz açdığımız hörmətli şəxsiyyət Ortho Way klinikasının direktoru, həkim stomatoloq  Dr.Dilarə AbduləzimovadırOrtho Way Klinikası müasir stomatologiyanın bütün nailiyyətlərini özündə əks etdirir: həkim kabinetləri ən müasir diaqnostika-müalicə avadanlıqları və ləvazimatlarla təchiz olunmuşdur; Stomatoloji qurğuların sayı yetərəncidir. Stomatoloji qurğular Fransada, Almaniyada, Yaponiyada, Türkiyədə və s. istehsal olunmuş müasir qurğulardır. Haqqında söz açdığımız hörmətli şəxsiyyət Ortho Way klinikasının direktoru, həkim stomatoloq Dr.Dilarə Abduləzimovadır. Dilarə həkim təqdirəlayiq xidmətləri qarşısında –Qızıl Əllər adı qazanmışdır. Çünki, ona müraciət edən xəstələr deyir: - Hələ Dilarə həkim müalicəyə başlamamış insan sanki ağrılarını unudur. Redaksiyamıza daxi olan məktubların birində Dilarə həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı. Onun rəhbərliyi, təşəbbüsü və zəhməti ilə yüzlərlə insana dəqiq diaqnoz təyin etməklə stomatoloji xəstəliklərdən xilas edilmişdir.

Dilarə xanımla onun çalşdğı klinikada görüşdük. Dilarə həkimə müraciət etdiyim üçün bu dəfə də onunla dərhal söhbətə başladıq. Dilarə həkim işindən həvəslə danışır. Deyir ki, həkim gərək savadlı, məsuliyyətli, eyni zamanda humanist olsun. Axı insanlar onun köməyinə həmişə ehtiyac duyurlar. İnsan sağlamlığı isə ən dəyərli sərvətimizdir. Yaxşı həkim təkcə pasiyentin müalicəsi ilə məşğul olmayıb, cəmiyyətdə hörmət, insanlar arasında nüfuz da qazanmalıdır. Həkim özünün davranışı, həyat tərzi və gözəl əhval-ruhiyyəsi ilə təkcə xəstəlikdən əziyyət çəkənlərdə deyil, bütün insanlarda gələcəyə nikbinlik yaratmalıdır. Belə olduqda, sanki hamı hər yerdə gözəllik, sağlamlıq və xoşbəxtliklə qarşılaşacaq. Bu isə bütün insanlar kimi, həkimlərin də ən gözəl arzusudur. Çünki insanların müalicəsindən daha çox, xəstəliklərin profilaktikası dövlətimiz tərəfindən bütün səhiyyə işçiləri qarşısında ali məqsəd kimi qoyulub.

Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq, əzmlə çalışan böyük ehtiram sahibi Ortho Way klinikasının direktoru , həkim-stomatoloqu Dilarə Abduləzimovaya təşəkkürümüzü bildirərək, Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi