kanal1

Rəfail Abdullayev-Şəki Mərkəzi rayon Xəstəxanasının təcrübəli həkim-cərrahı

Tarix:21-10-2023, 09:43

Rəfail Abdullayev-Şəki Mərkəzi rayon Xəstəxanasının təcrübəli həkim-cərrahı Həkim dedikdə ilk öncə sadə, səmimi, qayğıkeş, incə qəlbli, savadlı, bacarıqlı bir şəxs xəyalımızda canlanır. O şəxs ki, hər zaman öz savadını, biliyini-bacarığını xəstələrdən əsirgəmir. İnsanın sağalmasında, onun həyata qaytarılmasında həkim əməyi böyük rol oynayır. Hərdən mənə elə gəlir ki, xəstələrin sağalması, onların ailə və cəmiyyət üçün gərəkli insan kimi öz həyatlarına davam etməsi naminə ömrünü şam kimi əridən, sadə və səmimi, peşəkar həkimlərdən, onların fəaliyyətindən az yazılır. Demək olar ki, bu peşə sahiblərinin işi hər cür tərifə layiqdir. Neçə-neçə ən ağır əməliyyatların ağırlığını çəkinmədən çiyninə götürən, tibb sahəsində dəyərli elmi tədqiqatları ilə öz sözünü deyən, yüzlərlə insanların həyat eşqini özünə qaytaran, onlara sağlam həyat bəxş edən, bilikli və bacarıqlı həkim kimi xəstələrinin sevimlisinə çevrilən Şəki Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi şəxsin həkim-cərrahı Rəfail İsmayıl oğlu Abdullayev Azərbaycan səhiyyəsini şərəflə qoruyur.

Rəfail həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr.Abdullayevə üz tutan hər bir pasiyent onun yanından xoş əhval – ruhiyə ilə geri dönür. Dr. Abdullayevin xeyirxah insanlığı, peşəsinə məhəbbəti həkim kollektivi arasında böyük nüfuza malik olması məni də valeh etmişdir. Rəfail həkimlə söhbət apararkən sadaladıqlarımın bir daha şahidi oldum.
Şəki Mərkəzi rayon Xəstəxanasında olduğum müddətdə xəstələr tərəfindən həkim-cərrah Dr. Abdullayevin ünvanına söylənən fikirlər onlara göstərilən diqqət və qayğıdan razılıq məni də bir insan kimi sevindirdi. Rəfail həkimin ünvanına söylənən fikirlərlə bağlı olaraq qəlbimdən belə bir deyim keçdi. Nə yaxşı ki, yaxşılar yaşayır.

Xəstələr minnətdarlıq eləyirlər hər zaman
Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
Xalqımız hər an deyir, Rəfail həkim var olsun
Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.

Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
ETİBARLI TƏRƏFDAŞ
ETİBARLI TƏRƏFDAŞ
Kristal Abşeron tikintidə enerji qənaəti üçün bundan istifadə edir
Kristal Abşeron tikintidə enerji qənaəti üçün bundan istifadə edir
Prezidentlər Cıdır düzündə... - Foto
Prezidentlər Cıdır düzündə... - Foto
Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı -
Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı -
Güneyli işçilər 16 gündür tətil edir
Güneyli işçilər 16 gündür tətil edir
Sərhəddə ermənilərə "verilən" 25 hektar ərazi
Sərhəddə ermənilərə