kanal1

Azərbaycan Rusiya valyuta bazarında ticarət edə biləcək

Tarix:24-09-2023, 17:35

Azərbaycan Rusiya valyuta bazarında ticarət edə biləcəkXarici kredit təşkilatlarına, dost və neytral ölkələrin brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.

GununNebzi.com xəbər verir ki, belə dövlətlərin siyahısını təsdiq edən sərəncamı Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb.

Siyahıya 30-dan çox ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə, Cənubi Afrika daxildir.

Qərar 2023-cü ilin iyulunda qəbul edilmiş “Mütəşəkkil ticarət haqqında” Federal Qanunun yeni normalarını həyata keçirmək üçün hazırlanıb.

Bu normalar dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib.

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi