kanal1

Siz təşəkkül yox, təvəkkülə meyillisiniz

Tarix:22-07-2023, 06:20

Siz təşəkkül yox, təvəkkülə meyillisinizHələ 1972-ci ildə Yaxın və Orta Şərq uzmanı Panayotis Vatikiotis "Yaxın Şərqdə inqilab və digər klinik hadisələrin tədqiqi" kitabında bölgə xalqlarını xəbərdar edirdi ki, dağarcığınızı tay yanına sürüyüb inqilab etmək fikrinə düşməyin. Sizdən inqilab edən olmaz. İnqilab edib nisbətən yaxşı olanı daha pis olanla əvəz edəcəksiniz. İnqilabi zərurət olan siyasi əxlaq sizdə yoxdur. Siz təşəkkülə deyil, təvəkkülə meyillisiniz, bu da sizdə öz gücünüzə şübhə yaradıb işinizi yarıyolda qoymağınıza gətirib çıxarır.

Hər nə qədər imperialist ağızdan deyilsə də, bu sözlərdən cəmi yeddi il sonra İran camaatı inqilab edib nisbətən yaxşı olanı daha pis olanla əvəz edərək Vatikiotisi haqlı çıxardı.

Təxminən, otuz ildən sonra isə ərəblər özlərinin milli kimliklərini unudaraq "Ərəb baharı" ilə eynisini etdilər. Nisbətən yaxşı olanı daha pis olanla əvəzlədilər. Məlum oldu ki, müəyyən siyasi əxlaqa sahib olmayan xalqların inqilabı emosional partlayışdan başqa bir şey deyil.

Vatikiotis daha sonra yazır: "Bu gün Yaxın Şərq, Afrika və Asiyanın bir çox ölkələrində siyasi qarşıdurmaların mənbəyi inqilabi ruhlu radikal hərəkatların yaratdığı milli rejimlərin ölkənin sosial, iqtisadi, siyasi problemlərini həll etmək bir yana qalsın, ümumiyyətlə, ölkəni idarə edə bilməmələridir".

Mənzərənin bizə aid təsəvvürünü oxucuların ixtiyarına buraxaraq, bu sözlərdən öz payımıza düşəni götürməyə çalışaq.

Demək ki, dövlətin, ölkənin idarə edilməsində yalnız milli emosional gücə söykənməyin sonu fəlakətdir. Siyasi məktəblər olmadan toplumun dövlətçilik üçün zəruri olan dərin siyasi əxlaqa sahib olması qeyri-mümkündür.

Ədəbiyyata bədahətən gələn əyalətçiliyin dünyəvi əsər yazmaq şansı olmadığı kimi, siyasətə də bədahətən gələn əyalətçiliyin dünyəvi dövlət yaratmaq şansı yoxdur.

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi