kanal1

Musa həkim -Neftçala Mərkəzi rayon Xəstəxanasının peşəkar stomatoloqu

Tarix:2-04-2023, 14:30

Musa həkim -Neftçala Mərkəzi rayon Xəstəxanasının peşəkar stomatoloquNeftçala Mərkəzi rayon Xəstəxanası stomatoloji tibbi xidmətlərin göstərilməsi üçün müasir tibbin tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bu avadanlıqlar vasitəsi ilə ağrısız müalicə, Vinirlərin hazırlanması, itirilmiş dişlərin implantlarla bərpası və s. stomatoloji xidmətlər göstərilir.
Rayon mərkəzi xəstəxanasının həkim-stomatoloqu vəzifəsində uğurla çalışan Musa həkimin qəbuluna üz tutanların hər biri onun çox peşəkar, savadlı,diqqətli və məsuliyyətli həkim olduğundan ürəklə söz açır.

Redaksiyamıza daxi olan məktubların birində Musa həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı. Musa həkim ilk növbədə zəngin mənəviyyatlı bir insandır. Həkim üçün bu xüsusiyyət bəlkə də aldığı elmlərdən də ümdə bir məsələdir. Bəli, həkimin müsbət nəticələr əldə edərək, ləyaqətlə tanınmasında onun yüksək mənəvi dəyərlərə mənsub olmasının rolu əvəzsizdir.

Sözün əsl mənasında hippokrat andına sadiq Musa həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.

Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Enerji təhlükəsizliyi təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Rəsul Çunayev üçüncü dəfə məzun oldu - Foto
Qardaşlığın növbəti təzahürü
Qardaşlığın növbəti təzahürü
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
İranlı qızlar bu ölkədə yarıçılpaq rəqs etdilər
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Azərbaycan regionda yeni mühit formalaşdırdı
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi