kanal1

Memarlar İttifaqının sədri imkanlı şəxslərə çağırış edib: "Dünyada abidələri iş adamları bərpa etdirir"

Tarix:10-12-2022, 16:21

Memarlar İttifaqının sədri imkanlı şəxslərə çağırış edib: "Dünyada abidələri iş adamları bərpa etdirir"Dünyada heç bir abidənin bərpası dövlət vəsaiti hesabına aparılmır".

Bunu açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

İnsanlar tarixi abidələrin bərpasının məhz dövlət tərəfindən həyata keçirilməsinə öyrəşib: "Amma bu, dünyada belə deyil. Dünyada heç bir abidənin bərpası dövlət vəsaiti hesabına aparılmır. Misal olaraq, iş adamları və mesenatlar var ki, tarixi abidələrin bərpası işlərini öz vəsaitləri hesabına icra edirlər. Bizim ölkəmizdə də varlı və imkanlı şəxslər kifayət qədərdir. Bəs onlar bunu niyə etmir? Çünki düşünürlər ki, hər şeyi dövlət etməlidir. Axı dövlətin məşğul olduğu kifayət qədər sosial və digər məsələlər var, amma bununla yanaşı zərurət yarandığı təqdirdə bərpa məsələlərinə də büdcədən bir hissənin ayrılmasına məcburiyyət yaranır".

İttifaq sədri hesab edir ki, cəmiyyətin düşüncəsi dəyişməli və birlik yaranmalıdır: "İmkanlı şəxslər düşünməlidirlər ki, milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən və yaşadan abidələrimizin bərpasına onlar da öz töhfələrini verə bilərlər. Axı bir imkanlı şəxs niyə bir abidənin bərpası məsələsini öz üzərinə götürüb öz vəsaiti hesabına bərpa edərək xalqa təhvil verməsin? Bu zaman maddi gəlir olmayacaq, amma hər şeydən gəlir düşünmək olmaz. Onlar anlamalıdırlar ki, adları əsrlərlə yaddaşlarda qalacaq".

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Prezident və xanımı Zəngilan məscidinin açılışında
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
Rusiyada azərbaycanlı biznesmen qəfil öldü - Foto
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi